"Almaniya Bundestaqının deputatı Albert Vaylerin adı Azərbaycanın işğal olunmuş ərazilərinə səfər etdiyindən bir müddət əvvəl "arzuolunmaz şəxslər" siyahısına salınıb".
Bunu "Report"a açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Almaniyanın "Bild" qəzetində almaniyalı parlamentariyə Azərbaycan ərazisinə girişin qadağan edilməsi barədə yazılan məlumatlara münasibət bildirərkən deyib.
"Azərbaycan qanunlarına, onun suverenliyi və ərazi bütövlüyünə hörmət edilməsi mütləqdir. Azərbaycanın mövqeyi konstruktiv xarakter daşıyır. Amma təcrübə göstərir ki, həmin şəxslər Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmət və üzrxahlıq məqsədilə müraciət etdikləri təqdirdə onların adlarının "arzuolunmaz şəxslər" siyahısından çıxarılması məsələsinə baxıla bilər", - o qeyd edib.
Almaniya kansleri Angela Merkeli müşayiət edəcək deputatlardan birinə Azərbaycana giriş qadağası qoyulduğu məlum olub.
"Bild” nəşrinə istinadən xəbər verilir ki, Merkelin "Xristian-Demokrat ittifaqı” partiyasının deputatı Albert Vaylerin Azərbaycanın qara siyahısında olduğu üçün ölkəyə səfəri qadağan olub.
Vayler 2014-2016-cı illərdə Azərbaycanın razılığı olmadan işğal olunmuş Qarabağ torpaqlarına səyahət etdiyi üçün qara siyahıya salındığı məlum olub.
Almaniya tərəfi deputatın bölgəyə səyahəti üçün Azərbaycan hökuməti ilə danışıqlar aparsa da, rəsmi Bakı qətiyyət göstərərək razılıq verməyib.
Qeyd edək ki, Albert Vaylerin cənubi Qafqaz ölkələrinə səfəri zamanı kansler Angela Merkeli müşayiət edəcəyi bildirilirdi.
XİN-dən alman deputata viza verilməməsi ilə bağlı açıqlama
Oxşar xəbərlər