XİN rəhbərlərinin görüşünün vaxtı açıqlandı

Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarovla Zöhrab Mnatsakanyanın görüşü aprelin 15-də Moskvada baş tutacaq.

Bunu Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Anna Naqdalyan bildirib.

O əlavə edib ki, görüşdə Rusiyanın xarici işlər naziri Sergey Lavrov ATƏT-in Minsk qrupu həmsədr ölkəsinin XİN rəhbəri qismində iştirak edəcək.

Azərbaycan XİN-in mətbuat xidməti də görüşün tarixini təsdiqləyib.