Etirazçılar Koçaryanın mətbuat konfransına hücum etdilər - Fotolar

Ermənistanda eks-prezident Robert Koçaryanın azadlığa buraxılması ilə əlaqədar etiraz aksiyası başlayıb.

Teleqraf.com erməni KİV-nə istinadən xəbər verir ki, aksiya iştirakçıları əvvəlcə İrəvanın mərkəzindəki “Erebuni plaza”nın qarşısında mitinq keçiriblər. Polis binanın qapılarını bağlasa da, etirazçılar biznes mərkəzə daxil olaraq konfransın keçiriləcəyi zala soxulublar. Onlar Koçaryanın oturacağı masanın qarşısına toplaşaraq “Robert-qatil” deyə qışqırmağa başlayıblar. 

Siyasətçi özü isə hələ konfransa gəlməyib. 

Qeyd edək ki, ötən gün Apellyasiya məhkəməsinin qərarı ilə Robert Koçaryan azadlığa buraxılıb.