Robert Koçaryanı həbsdən azad edən hakim David Qriqoryanın səlahiyyətləri dayandırılıb.
“RİA Novosti” xəbər verir ki, bu barədə Ermənistan Ali Məhkəmə Şurası qərar verib.
May ayında İrəvan birinci instansiya şəhər məhkəməsinin hakimi D.Qriqoryan qondarma Dağlıq Qarabağ respublikasının liderlərinin təlimatı ilə Koçayanı həbsdən azad etmiş, işi Konstitusiya məhkəməsinə göndərmişdi.
Ermənistan Apellyasiya Məhkəməsi isə sabiq prezidentin azadlığa buraxılması ilə bağlı qərarı ləğv edib.
Xüsusi İstintaq İdarəsinin mətbuat katibi Marina Ohancanyan isə bildirib ki, Qriqoryanla bağlı məhkəmə işi başladılıb və onun evində axtarış aparılıb.
Xatırladaq ki, 26 iyul 2018-ci ildə Ermənistanın Xüsusi İstintaq Xidməti 1 mart (2008-ci il) hadisələri zamanı aksiya iştirakçılarının dağıdılması ilə bağlı iş üzrə Koçaryanı rəsmi qaydada konstitusiya quruluşunu pozmaqda ittiham edib.
Koçaryanı həbsdən azad edən hakim işdən uzaqlaşdırıldı

Oxşar xəbərlər