Ermənistanın həbsdə olan keçmiş prezidenti Robert Koçaryan istintaqa ifadə verməkdən imtina edib.
“RİA Novosti”yə istinadən verilən məlumata görə, bu barədə Xüsusi İstintaq Xidmətinin rəhbəri Sasun Xaçatryan bildirib: “Koçaryan istintaq prosesində iştirakdan imtina edərək otağı tərk etdi və ifadə vermədi”.
Qeyd edək ki, 1 mart 2008-ci ildə prezident seçkilərindən sonra keçirilən aksiyaların dağıdılmasında və 10 nəfərin ölümündə ittiham edilən Koçaryan 2 ay müddətinə həbs olunub. O, konstitusion quruluşu devirməkdə də günahlandırılır.
Koçaryan istintaqa ifadə verməkdən imtina etdi

Oxşar xəbərlər