28 yaşında universitetə daxil olan tələbə 71 yaşında məzun oldu - Foto

Türkiyədə 28 yaşında daxil olduğu universitetin tələbəsi 71 yaşında məzun olub.

Akdeniz Universitetinin ən yaşlı tələbəsi məzun olub.

Belə ki, 28 yaşında universitetə qəbul olan Həsən Ünlü Səhiyyə Nazirliyində işlədiyi və təhsilə vaxt çatdıra bilmədiyi üçün bir neçə aydan sonra təhsilini davam etdirə bilməyib. 

Amma nazirlikdəki işindən ayrılan Ünlü bir müddət ticarətlə məşğul olmağa başlayıb.

O, 67 yaşında yenidən universitetdə təhsilini davam etdirməyi düşünüb. 4 il ali təhsilə yiyələndikdən sonra 71 yaşında məzun olub.

Universitetin ən yaşlı tələbəsi olan Ünlü ilk illərdə tələbə yoldaşlarının onu müəllim zənn etdiklərini bildirib. "18-24 yaşlı tələbə yoldaşlarımla eyni parta arxasında əyləşərkən əsl gəncliyin nə olduğunu dərk edirdim" - deyə o bildirib.

Universitetin Biologiya fakültəsinin məzunu olan 71 yaşlı Ünlü bildirib ki, onun ahıl yaşında təhsilini davam etdirməyinə başlaması oğlunda təhsilə maraq yaradıb. Bununla da onun oğlu da universitetlərdən birində təhsil almağa başlayıb.

Onun sözlərinə görə, anası 55 yaşına qədər yazıb-oxumağı bilməsə də, 55 yaşında ibtidai təhsil alaraq yazmaq və oxumaq bacarığına yiyələnib.

28 yaşında universitetə daxil olan tələbə 71 yaşında məzun oldu - FOTO

28 yaşında universitetə daxil olan tələbə 71 yaşında məzun oldu - FOTO

İnterpress.az