İşğal olunmuş Dağlıq Qarabağ bölgəsində yaşayan ermənilərlə "Milli Təhlükəsizlik Xidməti" (MTX) əməkdaşları arasında qarşıdurma yaşanıb
Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində qurulan qondarma rejimin "milli təhlükəsizlik xidmətinin" rəhbəri Arşavir Karamyan və onun müavini Qarik Sarkisyan istefa verib. Bu barədə Sputnik Ermənistan xəbər yayıb.
Xatırladaq ki, səhər saatlarında Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində qondarma "rejimdə" ikinci şəxs hesab edilən "dövlət naziri" Araik Arutyunyan və rejimin "polis rəisi, general-mayor" Kamo Aqadcanyan istefa verib. O, istefaya getməsini Qarabağda baş verən etirazlarla əlaqələndirib.
Qeyd edək ki, Kamo Aqadcanyan bu “vəzifəni" 25 mart 2013-cü ildən tutub.
Bir neçə gün əvvəl Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsində yaşayan ermənilərlə "Milli Təhlükəsizlik Xidməti" (MTX) əməkdaşları arasında qarşıdurma yaşanıb. Xankəndidə məişət zəminində baş verdiyi iddia olunan insident böyüyərək kütləvi hal alıb.
"MTX" əməkdaşları yerli ermənilərə çoxsaylı xəsarətlər yetiriblər. Yaralılar xəstəxanaya yerləşdirilib. Separatçı rejimin qanunsuz "polisi" isə baş verənlərə göz yumaraq heç bir müdaxilə etməyib və əksinə, döyülən yerli erməniləri həbs edib. Hadisə nəticəsində ümumilikdə 15 nəfər saxlanılıb.
Bundan qəzəblənən ermənilər Xankəndi avtovağzalının yaxınlığındakı meydana toplaşaraq "MTX" əməkdaşlarının cəzalandırılmasını, bu xidmətin ümumiyyətlə ləğv edilməsini tələb ediblər. Aksiyaçılara görə, Qarabağdakı erməni xüsusi təyinatlıları özbaşınalıqla, reketçiliklə məşğuldurlar, qondarma rejimin cəza aparatı kimi fəaliyyət göstərirlər. Onlar yolu bağlayaraq saatlarla nəqliyyatın hərəkətini dayandırıblar.
Qarabağda kütləvi istefa: Etirazlara səbəb olan “vəzifəli şəxslər” gedirlər

Oxşar xəbərlər