İyunun 4-də saat 21:40 radələrində Qusar rayonunun Yuxarı Zeyxur kəndi ərazisindəki sərhəd zastavasının yaxınlığında bir nəfərin Azərbaycanın mühafizə olunan dövlət sərhədini pozmağa cəhd göstərməsi müəyyən edilib.
Qusar Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, saxlanılması ilə bağlı qanuni tələblərə tabe olmayan sərhəd pozucusu - 1996-cı il təvəllüdlü Zeynalov Vadim Mərdanoviç hüquq-mühafizə orqanları əməkdaşlarına atəş açaraq silahlı müqavimət göstərib, cavab tədbiri olaraq xidməti silahdan istifadə olunmaqla zərərsizləşdirilib.
Meyitin üzərinə keçirilmiş baxış zamanı 1 ədəd "Makarov” tipli tapança aşkar olunaraq maddi sübut kimi götürülüb.
Faktla bağlı Qusar Rayon Prokurorluğunda müvafiq araşdırmalar aparılır.
Azərbaycan sərhədində atışma: Bir nəfər öldürüldü
Oxşar xəbərlər