Ermənistanın baş naziri Serj Sarqsyan istefa verib.
Məlumatı Lenta.ru yaylb.
S.Sarqsyan bəyan edib ki, “Paşinyan haqlı idi, mən yox. Bu vəziyyətdən bir neçə çıxış yolu var, amma mən mövcud olan ssenarilərin heç birinə getmək istəmirəm. Bu mənlik deyil. Mən baş nazir vəzifəsindən gedirəm. Küçələr mənə qarşıdır. Mən xalqın tələbini yerinə yetirirəm. Ölkəmə sülh arzulayıram”.
Ermənistan paytaxtında aprelin 16-dan baş nazir serj Sarqsyanın istefa tələbi ilə aksiyalar başlayıb.
1954-cü ildə Azərbaycanın Xankəndi rayonunda doğulan Serj Sarqsyan 2008-2018-ci illərdə Ermənistanın prezidenti olub.
Serj Sarqsyan 1989-cu ildən 1993-cü illərdə "Dağlıq Qarabağ Respublikası"nın özünümüdafiə qüvvələri komitəsinə rəhbərlik edib. 1993-1995-ci illərdə Ermənistanın müdafiə naziri olub. 1995-1996-cı illərdə əvvəlcə dövlət təhlükəsizliyi departamentinin başçısı, daha sonra milli təhlükəsizlik naziri vəzifəsində çalışıb. Növbəti 3 ildə isə Ermənistanın daxili işlər və milli təhlükəsizlik naziri olub. 2000-2007-ci illər arasında yenidən müdafiə naziri işləyib.
Etirazlar nəticə verdi: Sarqsyan istefaya getdi

Oxşar xəbərlər