Ermənistan prezidentindən geriyə addım: "Etirazçılarla danışığa hazıram"

Tert.am-a istinadən bildirilir ki, bunu Ermənistanın yeni seçilmiş prezidenti Armen Sarkisyan deyib. Ermənistanın yeni seçilmiş prezidenti bildirib ki, baş nazirin istefasını tələb edən Yelk fraksiyası tərəfdarlarının rəhbəri Nikol Paşinyanla görüşməyə hazırdır:

"Vəziyyətin yumşaldılması və dialoq üçün ölkənin rəhbəri kimi danışıqlara hazıram. Bu məsələdə yumşalma mütləqdir. Etirazçıları səbirli olmağa çağırıram. Hər şeyin hüquqi kontekstdən çıxmaması, erməni vətəndaşlarının hüquqlarının pozulmaması üçün özüm də səbir edirəm".  

Prezident Sarkisyan bildirib ki, baş verənlər "vulkan püskürməsi" həddinə çatarsa tərəflərdən heç birtərəf bundan uğur və müsbət nəticə qazanmayacaq. Onun sözlərinə görə, o, etirazçılara güc tətbiq edilməməsi üçün əlindən gələni edir.

Qeyd edək ki, artıq on dörd gündür ki, Ermənistanda Serj Sarkisyan hökumətinin istefası üçün akasiyalar keçirilir.