Anti - İslam davranışlar dayandırılmalı icraçılar cəzalandırılmalıdır!

Hakimiyyətin anti İran ritorikası və inanclıların kütləvi həbsləri, onların ciddi senzuraya məruz qalması, eyni halda efirdə İslama nifrət püskürən media işçilərinin hədyan çıxışları sonunda İslam müqəddəslərinin hədəfə alınmasına gətirib çıxardı. Vəziyyət o qədər acınacaqlı hal aldı ki, ölkənin Qurana qarşı həqarət edib onu oda verən simasızları da ortaya çıxa bildi. Bütün bunların əsas və tək günahkarı hakimiyyət və bu sistemdə hələ ata babaları kommunist təfəkkürlü dinsiz olan məmurlar müqəssirdirlər.

Dünənə qədər din və onun dəyərləri ilə bağlı ehtiyatlı sözlər bu gün söyüş, təhqir və aşağılayıcı ifadələrllə çəkinmədən sosial medianın canlı efirində səsləndirilir. Bütün bunlar yolverilməz və insani cinayətdir. Mütləq cəzalanmalı olan bu ünsirlərin dünənə qədər görməzdən gələn hakimiyyət bu məsələdə qətiyyətli və ciddi addım ataraq bunun qarşısını almazsa məlum vəziyyət heç bir halda arzulanmayan qorxunc bir nəticə ortaya qoya bilər.

Bir daha efir daxil olmaqla sosial media, kütləvi informasiya vasitələri, ümumi platformalarda İslam və onun dəyərlərinə qarşı aşağılayıcı, təhqir dolu ifadələrin qarşısının alınmasını, bu əməlin icraçılarını hüquq çərçivəsində sərt cəzalandırılmasını hakimiyyətdən tələb edirik.

Müsəlman Birliyi Hərəkat.