Keçid Şurasından Səudiyyəyə sərt reaksiya
Yəmənin cənubunda Birləşmiş Ərəb Əmirliklərinin dəstəklədiyi “Cənub Keçid Şurası”na bağlı “İkinci Hərbi Zona” komandanlığı bu gün yaydığı açıqlamada Səudiyyə Ərəbistanına məxsus döyüş təyyarələrinin hərbi düşərgələrindən birini hədəf almasını kəskin şəkildə pisləyib. Bəyanatda qeyd olunub ki, hava zərbəsi “təəccüb doğuran və anlaşılmaz bir hədəfləmə”dir.
Komandanlıq bildirib ki, sözügedən qüvvələr terror aktları törətmiş silahlı qruplara qarşı mübarizə aparır və təhlükəsizliklə xalqın maraqlarını qorumağa çalışır. Bu fonda Səudiyyə aviasiyasının məhz onların mövqelərini vurması “qəbuledilməz müdaxilə” kimi qiymətləndirilib.
“Özünümüdafiə hüququmuz var”
Açıqlamada vurğulanıb ki, “İkinci Hərbi Zona”nın özünümüdafiə və terrorla mübarizə aparmaq hüququ var. Komandanlıq Səudiyyə Ərəbistanını zərbələrini “qanunsuz, üsyankar və terrorçu elementlərə” yönəltməyə çağırıb, nizamlı qüvvələrin hədəf alınmasını isə kəskin tənqid edib.
Keçid Şurasına bağlı qurum bu cür addımların bölgədə gərginliyi artırdığını və təhlükəsizlik balansını pozduğunu bildirib.
Bundan əvvəl yerli media mənbələri Yəmənin Həzrəmövt vilayətində Səudiyyə aviasiyasının “Cənub Keçid Şurası”na bağlı Həzrəmövt Elit Qüvvələrinin mövqelərini bombaladığını xəbər vermişdi. Məlumata görə, hava hücumları Keçid Şurasının Səudiyyə Ərəbistanının dəstəklədiyi Həzrəmövt Qəbilələri Alyansına məxsus hərbi düşərgəni nəzarətə götürməsindən sonra baş verib.
Mənbələr Şihr şəhərinin sahil zolağı, Xird bölgəsi və ətraf ərazilər üzərində intensiv uçuşların həyata keçirildiyini, bunun Keçid Şurası qüvvələrini geri çəkilməyə məcbur etmək məqsədi daşıdığını bildirir. Eyni zamanda Qeyl bin Yəmin rayonunda yerləşən Vadi Nəhəb ərazisində partlayış səslərinin eşidildiyi qeyd olunub.
Riyadın çağırışı fonunda eskalasiya
Xatırladaq ki, Səudiyyə Ərəbistanı ötən gün “Cənub Keçid Şurası”nı Həzrəmövt və Məhra vilayətlərindən qüvvələrini çıxarmağa çağırmışdı. Riyad bu çağırışı son dövrlər bölgədə artan hərbi hərəkətlilik fonunda etmişdi.
Analitiklər hesab edirlər ki, Keçid Şurası ilə Səudiyyə Ərəbistanı arasında yaranan bu açıq gərginlik Yəməndə onsuz da mürəkkəb olan siyasi-hərbi mənzərəni daha da ağırlaşdırır və yeni qarşıdurma risklərini artırır.
Yəməndə gərginlik: Keçid Şurası Səudiyyənin hava zərbəsinə etiraz etdi