Qazaxıstan PUA hücumları səbəbindən neftin ixrac marşrutlarını yenidən nəzərdən keçirir
Qazaxıstan Pilotsuz Uçuş Aparatları (PUA) ilə Xəzər Boru Kəməri Konsorsiumunun infrastrukturuna endirilmiş hücumlardan sonra "Kaşağan" yatağından neftin ixrac marşrutlarını nəzərdən keçirməyə və onun bir hissəsini Çinə yönəltməyə qərar verib.
Qazaxıstan KİV-i xəbər verir ki, bu barədə qərarı Qazaxıstanın Energetika Nazirliyi qəbul edib.
Nazirlikdən bildirilib ki, Xəzər Boru Kəməri Konsorsiumunun dəniz terminalına edilən hücumlar ixracı dayandırmayıb. Neft təhlükəsizlik tədbirlərinə riayət edilməklə liman infrastrukturu vasitəsi ilə göndərilir.
"Hazırda yükgöndərənlərlə birgə neftin bölüşdürülməsi üzrə operativ iş aparılır. Həmçinin, "Kaşağan"dan çıxarılan neftin bir hissəsinin Çinə yönəldilməsi üçün tədbirlər görülüb. Vəziyyət Energetika Nazirliyinin nəzarəti altındadır", - qurumdan qeyd ediblər.