Prezident İlham Əliyev oktyarın 28-də Qarabağ və Şərqi Zəngəzura səfər edərkən yolüstü Sabirabad rayonunda olub və oradakı Sənaye Məhəlləsində fəaliyyət göstərən dörd müəssisəyə baş çəkib. 
Söhbət  “Azera Toxumçuluq” MMC-nin toxum istehsalı müəssisəsindən, pambıq emalı zavodundan, “Fırtına Su Sistemləri” MMC-dən  və aqrokimyəvi vasitələrin istehsalı müəssisəsindən gedir.
Dövlət başçısının səfərindən bir gün sonra həmin müəssisələrə mediatur təşkil edilib. 
Rəsmi məlumatlara əsasən, 20 hektar ərazini əhatə edən Sabirabad Sənaye Məhəlləsi 2017-ci ildə yaradılıb. Son səkkiz il ərzində burada səkkiz müəssisə fəaliyyətə başlayıb, məhəlləyə 10 milyon manatdan çox investisiya yatırılıb və 100-dən artıq iş yeri açılıb.
Müstəqil ekspertlərin fikrincə, əsas sual budur ki, Sənaye Məhəlləsi yarandığı dövrdən indiyədək Sabirabadın iqtisadiyyatına, əhalinin sosial vəziyyətinə hansı töhfəni verib? 
Bu müəssisələrin də son 20 ildə açılış mərasimlərindən qısa müddət sonra fəaliyyətini dayandıran — məsələn, Şamaxıdakı kompüter və televizor istehsalı, İsmayıllıdakı velosiped zavodları kimi sənaye obyektlərinin taleyini yaşaması ehtimalı varmı?
Ekpsertlər hesab edir ki, əslində hansısa bölgədə yeni müəssisələr açılırsa, onların iqtidasiyyata real töhfəsi özünü bir neçə göstəricidə və ya istiqamətdə göstərməlidir. 
Məsələn, bu cür müəssisələrin fəaliyyəti rayonda toplanan vergi gəıirlərinin həcminə necə təsir göstərir? 
Ekspertlər əlavə edirlər ki, Azərbaycan hökuməti bölgələr üzrə toplanan vergilərin məbləğinə dair məlumatları “dövlət sirri” kimi qoruduğu üçün bu göstərici üzərindən qiymətləndirmə aparmaq mümkün deyil. 
Yaxud onların fəaıiyyətə başlaması rayonun ixrac potensialına necə təsir göstərib? 
Mütəxəssislər bu məlumatın da gizli saxlanıldığını deyirlər. 
Onların fikrincə, yalnız iki göstərici var ki, onların uzunmüddətli dinamikası yeni açılan müəssisələrin töhfəsini ölçmək üçün müəyyən nəticələr çıxarmağa imkan verir. Belə göstəricilərdən biri sənaye məhsulunun natura ifadəsində həcmidir. 
Yəni, qeyd olunan müəssislərin istehsal etdiyi məhsul növləri üzrə real buraxılışın nə qədər olmasından gedir. 
Məsələn, 2019–2024-cü illər ərzində Sabirabadda istehsal olunan toxum, mahlıc və ya gübrənin həcmi (ton, kiloqram, ədəd və s. ilə) nə qədər olub?
Açıq mənbələrdə bu barədə məlumata rast gəlmək mümkün deyil.
Rəsmi statistika göstərir ki, dəyər ifadəsində sənaye məhsulunun manatla dəyəri 2,5 dəfə artaraq 44 milyon manata çatıb. Lakin iqtisadçılar hesab edir ki, dəyər göstəricini əsas götürmək real mənzərəni təhrif edə bilər. Çünki bu göstəriciyə inflyasiyanın səviyyəsi,  dövriyyələrin “ağarması” kimi amillər təsir edə bilər. 
Ola bilər ki, beş ildə qiymət artımı elə yüksək olsun ki, məhsul istehsalı azaldığı halda belə dəyər ifadəsində artım görünsün. 
Məsələn, Sabirabadın qonşusu olan Saatlı rayonunda eyni dövrdə sənayə məhhələsi yaradılmadığı, fəaliyyətdə olan sənaye müəssislərinin sayının 15-dən 12-yə düşdüyü halda dəyər ifadəsində sənaye məhslunun buraxılış həcmi 2 dəfə artaraq 68 milyon manata çatıb. Bu, Sabirabadın oxşar göstəricindən az qala 50 faiz də çoxdur. 
Nəhayət, diqqət çəkən göstəricilərdən biri də rayonun sənaye sektorunda məşğulluğun azalmasıdır. Rəsmi məlumata görə, 2018-ci ilin sonunda Sabirabadda 80 min nəfər məşğul əhalinin 3,1 min nəfəri sənaye sahəsində, o cümlədən 2,7 min nəfəri emal müəssisələrində çalışırdı. 2024-cü ilin sonuna isə bu rəqəmlər müvafiq olaraq 2,5 min və 1,8 min nəfərə qədər azalıb.
 
ToplumTV
Sabirabadda sənaye paradoksu: müəssisələrin sayı artır, işləyənlərin sayı azalır