Qəzzada 44 Quran hafizi uşaq mükafatlandırılıb

Qəzza sektorunda Qurani-Kərimi tam əzbərləmiş 44 uşağın mükafatlandırma mərasimi keçirilib.

IQNA xəbər verir ki, həmin uşaqların hər biri İsrailin bombardmanları zamanı atasını itirmiş yetim uşaqlardır.

Tədbir təhsil və tərbiyə mühitinin yaradılması yolu ilə həmin uşaqlara ata itkisinin acısını azaltmaq məqsədini daşıyır.

Layihə çərçivəsinə uşaqlar hafizi-Quran olmaqla yanaşı, həm də onlara İslami, Quran, əxlaq və İslam tarixi dərsləri keçirilib.