Azərbaycan Dohadakı konfransda iştirak etmədi
Sionist rejimin “Haaretz” qəzeti yazır ki, Azərbaycan ABŞ-ın təşəbbüsü ilə Dohada keçirilən və Qəzza zolağında “beynəlxalq sabitləşdirmə qüvvəsi”nin yaradılmasını müzakirə edən konfransda iştirak etməyib. Halbuki rəsmi Bakı həmin toplantıya dəvət olunmuşdu. Konfransın əsas məqsədi müharibədən sonrakı dövrdə Qəzza zolağında təhlükəsizlik və sabitliyin təmin edilməsi üçün beynəlxalq mexanizmlərin formalaşdırılması idi.
Nəşrin diplomatik mənbələrə istinadən yaydığı məlumata görə, Azərbaycan yalnız bu toplantıda iştirakdan imtina etməyib, eyni zamanda yaxın perspektivdə sözügedən “sabitləşdirmə qüvvəsi”nə qoşulmağı da planlaşdırmır. Bununla yanaşı, Bakı “İbrahim razılaşmaları”na (Abraham Accords) qoşulmaq niyyətində olmadığını da ABŞ tərəfinə çatdırıb.
“İbrahim razılaşmaları” gündəmdə deyil
“Haaretz” qeyd edir ki, son aylarda ABŞ daxilində Azərbaycanın “İbrahim razılaşmaları”na qoşulması ilə bağlı ciddi müzakirələr aparılsa da, rəsmi Bakı bu məsələyə ehtiyatla yanaşır. Qəzetin yazdığına görə, Azərbaycan bu cür addımı atmaq üçün hər hansı siyasi və ya təbliğat xarakterli zərurət görmür.
Nəşr Azərbaycanın mövqeyini Mərkəzi Asiya ölkələri ilə müqayisə edərək bildirir ki, məsələn, Qazaxıstan uzun illər İsraillə diplomatik münasibətlər saxladıqdan sonra “İbrahim razılaşmaları”na qoşulub. Azərbaycan isə bu yolu seçməyə ehtiyac duymur və mövcud ikitərəfli münasibətlərin yetərli olduğu
Diplomatik mənbələrdən əldə olunan siyahıya əsasən, Azərbaycan Dohadakı konfransa qatılmayan yeganə ölkə olmayıb. Ümumilikdə 15-ə yaxın dövlət dəvət olunsa da, toplantıda iştirak etməyib. Bu ölkələr arasında Türkmənistan və Tacikistan kimi Mərkəzi Asiya dövlətləri, Belçika, Rumıniya və Estoniya kimi Avropa ölkələri, eləcə də Cənubi Koreya və Nepal kimi Şərqi Asiya dövlətləri yer alır.
Türkiyə niyə dəvət olunmadı?
“Haaretz” yazır ki, Türkiyə Qəzza üçün yaradılması planlaşdırılan beynəlxalq qüvvədə potensial iştirakçı kimi müzakirə olunsa da, rəsmi Ankara konfransa ümumiyyətlə dəvət edilməyib. Buna səbəb kimi İsrailin Türkiyənin bu cür missiyada iştirakına qəti etirazı göstərilir. Qəzetin məlumatına görə, Türkiyə və Qətərin ABŞ-ın mövqeyini dəyişmək üçün apardığı cəhdlər nəticəsiz qalıb.
Konfransda Almaniya, Böyük Britaniya, Fransa, Mərakeş, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, İordaniya, Misir və Səudiyyə Ərəbistanı iştirak edib. Bundan əlavə, Qazaxıstan, Özbəkistan, Yunanıstan, Kipr, Bosniya və Herseqovina, eləcə də Kosovo nümayəndələri də toplantıda yer alıb.
Qeyd edək ki, Azərbaycanın adı ötən ay Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında Qəzza üçün mümkün “sabitləşdirmə qüvvəsi”nin iştirakçıları sırasında çəkilmişdi. ABŞ-ın BMT-dəki səfiri Mayk Uolts Təhlükəsizlik Şurasında çıxışı zamanı Azərbaycan və İndoneziyanı potensial iştirakçı ölkələr kimi qeyd etmişdi. Bu müzakirələr ABŞ prezidenti Donald Trampın müharibənin dayandırılmasını nəzərdə tutan planı ətrafında aparılan səsvermə ərəfəsində gündəmə gəlmişdi.
Azərbaycan Doha konfransına qatılmadı; Bununla da Qəzza planını rədd etdi