"Napoli" "Milan"ı məğlub edərək finala yüksəldi

“Napoli” İtaliya Superkubokunda finala yüksəlib.

Neapol klubu “Milan”la qarşılaşıb və rəqibini 2:0 hesabı ilə məğlub edərək finala adlayıb.

Yarımfinalın digər matçında bu gün “Bolonya” “İnter”lə üz-üzə gələcək.