MIT professorunun ölümü ilə bağlı qətl işi açıldı
ABŞ-ın Massaçusets ştatının Bruklayn şəhərində Massaçusets Texnologiya İnstitutunun (MIT) professoru Nuno F. G. Loureyro evində güllələnərək öldürülüb. Hadisə bazar ertəsi gecə baş verib, alim aldığı güllə yaralarından çərşənbə axşamı yerli xəstəxanada ölüb. Bu barədə Norfolk dairə prokurorluğu rəsmi açıqlama yayıb.
Prokurorluğun bildirdiyinə görə, 47 yaşlı fizika və nüvə sintezi üzrə alimə qarşı törədilən bu hadisə ilə bağlı qətl istintaqı başlanıb. Hazırda heç bir şübhəli saxlanılmayıb və araşdırmalar davam edir.
Yəhudi alim
Nuno Loureyro 2016-cı ildən etibarən MIT-də fəaliyyət göstərirdi. O, ötən il institutun ən böyük elmi qurumlarından biri olan Plazma Elmləri və Nüvə Sintezi Mərkəzinə rəhbər təyin edilmişdi. Bu mərkəzdə onun rəhbərliyi altında yeddi binada 250-dən çox alim və tədqiqatçı çalışırdı.
Loureyro rəhbər olduğu mərkəzdə əsas məqsəd kimi təmiz enerji texnologiyalarının inkişafını və nüvə sintezi sahəsində elmi nailiyyətlərin sürətləndirilməsini qarşıya qoymuşdu.
MIT-in yaydığı məlumata görə, Nuno Loureyro Portuqaliyanın mərkəzində yerləşən Vizeu şəhərində böyüyüb. O, ali təhsilini Lissabonda alıb, daha sonra Londonda doktorluq dərəcəsi qazanıb. MIT-ə qoşulmazdan əvvəl Loureyro Lissabonda nüvə sintezi üzrə elmi institutda tədqiqatçı kimi çalışıb.
Yəhudi Alimin ailəli olduğu bildirilir. Onun ölümü həm MIT icmasında, həm də beynəlxalq elmi dairələrdə böyük qorxu yaradıb.
Hadisə fonunda artan narahatlıq
Bruklayndakı qətl hadisəsi ABŞ-da baş verən digər silahlı hücumların fonunda diqqət çəkib. Qeyd olunur ki, bu hadisə Rod-Aylend ştatının Providens şəhərində Braun Universitetində iki tələbənin öldürüldüyü, doqquz nəfərin yaralandığı silahlı hücumdan bir neçə gün sonra baş verib. ABŞ Federal Təhqiqatlar Bürosu (FBI) isə bu iki hadisə arasında hər hansı əlaqə olmadığını açıqlayıb.
Yerli sakinlərin sözlərinə görə, hadisə gecə saatlarında baş verib. Bruklaynda yaşayan tələbə Liv Şaxner Boston Globe qəzetinə bildirib ki, bazar ertəsi axşam üç güclü səs eşidib və bunun atəş olduğunu düşündüyü üçün qorxub.
MIT-nin Yəhudi professoru evində güllələnərək öldürülüb