Aİ liderləri Rusiya aktivlərinin müsadirə edilməsi ilə bağlı razılığa gələ bilməyiblər

Brüssel sammitində Avropa İttifaqı liderləri Rusiya aktivlərinin müsadirə edilməsi ilə bağlı razılığa gələ bilməyiblər, bunun əvəzinə Kiyevin maliyyələşdirilməsi üçün digər variantları araşdırıblar.

Bu barədə Aİ qurumlarındakı mənbə jurnalistlərə açıqlama verib.

O bildirib ki, Rusiya aktivləri ilə bağlı heç bir qərar yoxdur. Liderlər alternativ variantları araşdırmağa başlayıblar.

“Bloomberg“ öz mənbələrinə istinadən bildirib ki, sammit iştirakçıları Kiyevi dəstəkləmək üçün 106 milyard avroluq birgə Avropa krediti imkanlarını araşdırırlar.