Ukrayna Xəzərdəki neft platformasını vurdu

Ukrayna Təhlükəsizlik Qüvvələri Xəzər dənizindəki üçüncü "Lukoil" neft platformasını dronlarla vurub.

Bu dəfə "Rakuşeçnoye" yatağındakı qazma qurğusuna hücum edilib.

Dronun göyərtədəki kamerası platformanın qaz turbin qurğusunun yaxınlığında zərbəni qeydə alıb.