"Son iki gün ərzində yolun bağlanması və üzün örtülməsi ilə əlaqədar 14 nəfər saxlanılıb".
Bu barədə Tbilisi Polis Departamentinin rəisi Vaja Siradze məlumat verib.
Onun sözlərinə görə, saxlanılanlardan biri Psixi Sağlamlıq və Narkomaniya Profilaktikası Mərkəzinə yerləşdirilib və məcburi müalicə kursu keçəcək.
“Son iki gün ərzində toplantı və mitinq qaydalarının pozulmasına görə İnzibati Xətalar Məcəlləsinə əsasən 14 nəfər saxlanılıb. Saxlanılanlardan biri Psixi Sağlamlıq və Narkomaniya Profilaktikası Mərkəzinə yerləşdirilib, burada məcburi müalicə alacaq. Həmin şəxsin ad və soyad baş hərflərini açıqlamaqdan çəkinirik,” - deyə Vaja Siradze bildirib.
Onun sözlərinə görə, son üç gün ərzində aksiya iştirakçılarının tərəfindən 53 qanun pozuntusu qeydə alınıb - onlardan 42-si hüquq pozucusu kimi tanınıb və bir qismi artıq saxlanılıb.
“Daxili İşlər Nazirliyi tərəfindən aksiya iştirakçıları arasında son üç gündə 53 qanun pozuntusu aşkar edilib. Onlardan 42-si hüquq pozucusudur - bir hissəsi artıq saxlanılıb, digərləri barəsində isə inzibati icraat davam edir və yaxın günlərdə onların işləri məhkəmədə inzibati qaydada baxılacaq,” - deyə Vaja Siradze əlavə edib.
Son 2 gündə Gürcüstanda 14 nəfər tutulub