Millimiz yenə uduzdu

Azərbaycanın U-17 millisi Avropa çempionatının seçmə mərhələsi çərçivəsində ikinci oyununa çıxıb.

Komandamız İsrailin müvafiq yaş qrupundan ibarət kollektivi ilə qarşılaşıb.

Fransada "Park de Sport" stadionunda keçirilən görüşdə yığmamız rəqibinə 1:5 hesabı ilə məğlub olub.

Qeyd edək ki, millimiz ilk görüşündə Fransaya 0:8 hesabı ilə uduzub.