Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayılın saxlandığı bildirilir.
Bu barədə yerli saytlar məlumat verib.
Həmin məlumatlarda onun dələduzluqda ittiham olunduğu qeyd edilir.
Hələlik, İ.İsmayılın ailəsi və vəkili ilə əlaqə saxlayıb bu iddiaya münasibət almaq mümkün olmayıb.
İlham İsmayıl kimdir
İ.İsmayıl 1957-ci il oktyabrın 22-də Tərtər rayonunun Sarıcalı kəndində doğulub. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini və SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin Minsk Ali Kursunu bitirib.
1982-ci ildən Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsi sistemində xidmət edib. DTK-nın Gəncə şöbəsində əməliyyat müvəkkili, baş əməliyyat müvəkkili postlarında çalışıb. Birinci Qarabağ müharibəsi iştirakçısıdır.
Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin (Azərbaycan müstəqillik əldə etdikdən sonra DTK Milli Təhlükəsizlik Nazirliyi adlanıb) Şəmkir və Göyçay bölmələrinin rəisi, nazirliyin özündə şöbə rəisi olub.
1995-ci ildən ictimai-siyasi fəaliyyətlə məşğuldur. Vaxtaşırı təhlükəsizlik məsələləri ilə bağlı mətbuata açıqlamalar verir.
MTN 2015-ci ildə ləğv edilib, onun əsasında Dövlət Təhlükəsizliyi Xidməti yaradılıb.
İlham İsmayılın saxlandığı bildirilir