Ayətullah Xameneinin Aşura mərasimində iştirakı böyük coşqu ilə qarşılanıb

Aşura gecəsi İmam Xomeyni Hüseyniyyəsində İslam İnqilabının Rəhbəri Ayətullah Xameneinin iştirakı ilə əzadarlıq mərasimi keçirilib.

İyulun 5-də Aşura gecəsi münasibəti ilə İslam İnqilabının Rəhbəri Ayətullah Seyid Əli Xameneinin hüzurunda İmam Xomeyni Hüseyniyyəsində coşqulu əzadarlıq mərasimi keçirilib. Amerika və işğalçı sionist rejimin son təhdidlərindən dərhal sonra reallaşan bu proqram sosial mediada geniş təsir bağışlayıb və insanların qəlbində dərin bir etimad hissi yaradıb.

Mərasimdə Höccətül-İslam Məsud Əli çıxış edərək, İmam Hüseynin (ə) zülmə qarşı əzm və müqavimət qiyamından dərslər verib. Məsud Əli İslam İranının Müsəlmanların Rəhbərinin rəhbərliyi altında qlobal müqavimət cəbhəsinin əsas oxu olduğunu vurğulayaraq, qlobal sionizmi batil cəbhənin əsas oxu adlandırıb: “İran xalqı Aşura təlimlərinə uyğun hərəkət edərək, heç vaxt batil cəbhəyə təslim olmayacaq.”

Qeyd edək ki, bu gecə keçirilən əzadarlıq mərasimi bir daha nümayiş etdirdi ki, İslam İnqilabının Rəhbəri Ayətullah Xamenei Amerika və sionist rejimin hücum təhdidlərindən sonra xalqla çiyin-çiyinə dayanıb və Hüseyni müqavimətinin ruhunu yaşatıb. Yüz minlərlə paylaşım və şərhlə sosial mediada trendə çevrilən bu görüntülər İran xalqının öz liderinə sədaqətini və düşmənə qarşı sarsılmaz mövqeyini ortaya qoyub.