Dünyanın müxtəlif ölkələrindən olan müsəlmanlar bu il də “Hüseyn günü” münasibətilə Nyu-Yorkda bir araya gəldilər. Qızmar istiyə və səmaya ucalan Manhetten göydələnlərinə baxmayaraq, küçələrdə “Ya Hüseyn” nidaları eşidildi.
Ənənəyə uyğun olaraq, Məhərrəm ayının ilk bazar günü keçirilən bu mərasim, ABŞ-da rəsmi bayram olmasa da, hər il daha çox insanın iştirak etdiyi genişmiqyaslı tədbirə çevrilib. Bu il İran, Pakistan, Əfqanıstan, Hindistan, Banqladeş və digər ölkələrdən olan müsəlmanlar bir araya gələrək İmam Hüseyn (ə) və Kərbəla şəhidlərini yad etdilər.
“Hüseyn sevgisi”nin sərhəd tanımadığı bir daha sübut olundu. Nyu-York küçələri bu gün sərhədsiz bir matəm məclisinə çevrildi – irqindən, milliyyətindən və dilindən asılı olmayaraq, minlərlə insan Hüseyn (ə) adına toplaşdı.
Tədbir zamanı iştirakçılar ingilis dilində hazırlanmış broşürlər və qızılgül buketləri paylayaraq, Kərbəla hadisəsini, İmam Hüseynin (ə) ədalət və azadlıq uğrunda apardığı mübarizəni yerli sakinlərə və turistlərə izah etdilər.
Camaat günorta və əsr namazlarını birlikdə qıldıqdan sonra polis nəzarəti altında müxtəlif dillərdə mərsiyələr və sinə vurma mərasimləri ilə matəm yürüşü təşkil olundu. Manhetten küçələrində bu əzəmətli mərasim bir daha göstərdi ki, “Hüseyn” adı zaman və məkan tanımır – o, bəşəriyyət üçün azadlıq və haqq uğrunda bir simvoldur.
Nyu-Yorkda “Hüseyn günü” qeyd olundu