On illiklərdir Yaxın Şərqi oda çəkən İsrail bəlası artıq bu çərçivəni genişləndirərək onun trayektoriyasını İrana qədər gətirib çıxardı. Bu mücadilə-müdafiədə İslam ölkəsi böyük alimlər, generallar başda olmaqla şəhidlər verərək düşmən önündə şərəfli duruş göstərməkdədir. Eyni halda yüzlərlə dinc əhalinin şəhadəti yaşanan ölkə, xain düşmənin məkirli planını ifşa etməklə onun ürəyini hədəfə alaraq amansız zərbələri ilə əks həmlələr endirməkdədir.
İsrailin Qüdsü, Əl-Əqsanı işğala başladığı onilliklər öncə İslam mütəfəkkirlərinin düşmənin məqsədinin İslama qarşı olmaq deyimi bu gün nüvə bəhanəsi ilə İranı, həqiqətdə isə Şiə mərkəzini bombalaması bu gizlin siyasətin aşkar təzahürüdür.
Amerika və İsrail müttəfiqliyi İslam İnqilabının Ali Dini Lideri Ayətullah Seyyid Əli Xamineyini hədəfə almaq niyyəti bu irtica qüclərin həqiqi planını ortaya qoyan əsas amildir. Qərb və onun proksi qüvvəsi İslamın məhvi üçün bütün imkanlarından istifadə edir. Bu elə ilk gündən Amerikanın dəstəyi ilə başladılan siyasətin tam hədəf və məqsədi idi.
Bu günün savaş meydanı bir zamanlar Xəndək müharibəsində bütün küfrün tam İslamla mübarizəsi kimi, Allahın yardımı ilə düşmənin məğlubiyyəti eyni nəticəni ortaya qoyacaq.
Biz bu savaşda dost, qardaş və haqq olan İslam Respublikasının mücadiləsini dəstəkləyir və bütünlükdə bu müharibədə irtica İsrail və Amerika müttəfiqliyini məhkum edirik.
Şübhəmiz yoxdur ki, İslam həmişə qalib olmuş və bundan sonra da şanlı qələbəyə imza atmaqla düşməni məyus edəcəkdir.
"Onlara vəd edilən (əzabın) gəlmə vaxtə sübh vaxtıdır. Sübh vaxtı yaxın deyilmi?"
(Hud surəsi, 81-ci ayə)
Müsəlman Birliyi Hərəkatı.
Bu müharibənin yalnız bir hədəfi var - İSLAM!