Oğuzun Xaçmaz kəndindən hərbi xidmətə çağırılan əsgər Fariz İsayevin vəfat etdiyi bildirilir.
Məlumata görə, 20 yaşlı Fariz İsayev hərbi xidmətə bir ay əvvəl yollanıb.
Andiçmə mərasimindən sonra Qubada yerləşən N saylı hərbi hissəyə göndərilən əsgər üç gün sonra – mayın 10-da vəfat edib.
İddialara əsasən, qızdırması olan əsgərə antibiotik iynəsi vurulub və o, iynənin təsirindən şoka düşərək ölüb.
Faktla əlaqədar Baş Prokurorluq məlumat yayıb.
Hərbi xidmətə bir ay əvvəl yollanan əsgər Fariz İsayev dünyasını dəyişib