Qətərdə “Təhsil Şəhəri Məscidi” (Education City Mosque, مسجد المدينة التعليمية) müasir memarlığı, fərqli dizaynı və ətrafını əhatə edən zeytun ağacları ilə diqqət çəkir. Qətərin Ər-Rəyyan şəhərində yerləşən bu məscid, “Təhsil Şəhəri” adlı bölgədə inşa olunub. Oval formalı və iki minarəli bu ağ məscid, Qurani-Kərimdən ayələrin həkk olunduğu və İslamın beş əsas şərtini təmsil edən beş böyük sütunu ilə seçilir.
Məscid Həməd Bin Xəlifə Universitetinin İslam Araşdırmaları Fakültəsinin tərkibində fəaliyyət göstərir və yalnız ibadət yeri kimi deyil, həm də bir təhsil mərkəzi olaraq xidmət göstərir.
Məscid 2015-ci ildə istifadəyə verilib və memarlıq dizaynı Məşhur İraq mənşəli britaniyalı memar Zaha Hadid tərəfindən yaradılan ümumi Təhsil Şəhəri kompleksinə uyğun şəkildə, müasir İslam memarlığı nümunəsi olaraq hazırlanıb.
Məscidin dizaynında İslamın rəmzləri və estetikası memarlıqla vəhdət təşkil edir. Tavanında və divarlarında Qurandan ayələr həkk olunub. Məsciddə eyni anda təxminən 1800 nəfər ibadət edə bilər. Məscidin həyətində yerləşən zeytun ağacları həm təbiəti simvolizə edir, həm də sülh və bərəkət rəmzidir.
Az.shafaqna.com
Qətərin “Təhsil Şəhəri Məscidi”