"OPEC+" ölkələri iyunda gündəlik neft hasilatını 411 min barel artırmaq barədə razılığa gəlib

“OPEC+” təşkilatının səkkiz üzv ölkəsi iyun ayından etibarən gündəlik neft hasilatını 411 min barel artırmaq qərarına gəlib.

Bu barədə "İnterfaks" mənbələrə istinadən məlumat yayıb.

Əvvəlki plana əsasən, hasilatın may ayına qədər 244 min barel artırılması nəzərdə tutulurdu. Beləliklə, iyunda “OPEC+” ölkələrinin ümumi hasilat kvotası 36,19 milyon bareldən bir qədər çox olacaq.

İlkin olaraq görüş mayın 5-nə planlaşdırılırdı.