Ayətullah Məkarim Şirazinin videomüraciəti ilə keçirilən tədbirdə “İmam Əmirul-möminin (ə) risaləti” kitabının ingiliscə tərcüməsinin birinci cildinin təqdimatı olub.
Ayətullah Məkarim Şirazi mesajında bu əsərin ingilis dilinə tərcümə edilməsindən və bu möhtəşəm əsərin fars və ərəb dilini bilməyənlər üçün əlçatan olmasından məmnunluğunu ifadə edərək, Nəhcül-Bəlağənin Qərb dünyasının xeyrinə təklif olunan qiymətli inci dənizi olduğunu qeyd edib.
O, bu əsərin ərsəyə gəlməsində və nəşrində əməyi olanları təbrik edərək deyib: "Əmin olun ki, nurlu bir sahəyə daxil olacaqsınız. Nurlu sahə Əmirəl-möminin Əlinin (ə) elminin bir hissəsidir və dünyaya təsir edə biləcək bir sahədir".
Lantern Publishing Australia tərəfindən təşkil edilən onlayn görüşdə Ayətullah Məkarim Şirazinin Əsərlərinin Nəşrlər İdarəsinin beynəlxalq direktoru Hüccətül-İslam Qasım Məhəmmədi bu əsərin ərsəyə gəlməsində əməyi olanlara minnətdarlığını bildirib və tərcümə prosesi ilə bağlı hesabat təqdim edib. Kitabın tərcüməçisi Bəsiryan bəy sözünə davam edərək bu möhtəşəm əsərin tərcüməsində seçilmiş üsulları izah edib.
Bu sessiyada Sidneydə İmam Hüseyn (ə) İslam Mərkəzinin direktoru və Ayətullah Məkarim Şirazinin tələbəsi Höccətül-İslam Mənsur Likai ustadın Nəhcül-bəlağəsinin tərcüməsi, izahı və xüsusiyyətlərindən danışıb.
Qeyd edək ki, bu kitab Avstraliyanın Lantern Publishing nəşriyyatında çap olunub və hazırda Əmirəl-möminin (ə) bütün dünyadakı pərəstişkarlarının ixtiyarına verilib.
Ayətullah Məkarim Şirazinin “İmam Əmirul-möminin (ə) risaləti” kitabının ingiliscə tərcüməsinin təqdimat mərasimi keçirilib