Maraqlı təşəbbüs – səyyar məscid

İndoneziyanın paytaxtı Cakarta şəhərinin sakini maraqlı təşəbbüslə çıxış edib.

Şəhər sakini Sutikno şəhərdə avtomobillərin hərəkətinin sıx olduğu və tez-tez tıxacların yarandığı üçün namazlarını vaxtında qılmaqda çətinlik çəkdiyini deyib.

O, bu problemli həll etmək üçün maraqlı bir addım atıb – öz mikroavtobusunu “məscidə” çevirmək qərarına gəlib.

“Bir dəfə avtomobilimlə məscidə gedirdim. Lakin yolda tıxac var idi və hərəkət dayanmışdı. O zaman mən (məscidə çata bilməyəcəyəm üçün) avtomobili kənara çəkərək oradan namaz qılmaq qərarına gəldim”, – deyə o bildirib.

Bundan sonra isə ona öz maşınını səyyar ibadətgaha çevirmək fikri gəlib.

O, avtomobilini yaşın rəngə boyayıb, orada dəstəmaz almaq üçün şərait yaradıb, çoxlu namaz xalçaları alıb.

Artıq “mini-məscid” insanların ən çox olduğu və ya məscidlərdən çox uzaq olan yerlərdə dayanaraq insanların vaxtında namaz qıla bilməsi üçün şərait yaradır.

 

 

 

Az.shafaqna.com