"ABŞ-nin tarifləri heç bir mənası olmayan rəqəmlər oyunudur" - Çin XİN

Çin Xarici İşlər Nazirliyi ABŞ-nin Çin mallarına həddindən artıq yüksək tariflər tətbiq etmək planlarını heç bir real iqtisadi əhəmiyyəti olmayan “rəqəmlər oyunu” adlandırıb.

Bu barədə Çin Xarici İşlər Nazirliyi məlumat yayıb. 

"Biz müvafiq açıqlamaları nəzərə almışıq: “245% rəqəmi haradan gəldi, siz Amerika tərəfindən soruşun", - bəyanatda deyilir.

Çin tərəfi qeyd edib ki, Vaşinqton tariflərdən təzyiq və siyasi məcburiyyət aləti kimi istifadə edir.

"Əgər ABŞ Çinin hüquq və maraqlarını ciddi şəkildə pozmaqda davam edərsə, Çin qətiyyətli əks tədbirlər görəcək və sona qədər mübarizə aparacaq", - XİN əlavə edib.