Papa xəstəlikdən sonra ilk dəfə ictimaiyyət arasında

Roma Papası I Fransisk xəstəxanadan evə buraxıldıqdan sonra ilk dəfə olaraq ictimaiyyət arasına çıxıb. 

O, əlil arabasında Vatikanın Müqəddəs Pyotr meydanında görünüb.

88 yaşlı pontifik əziyyət çəkənlər və xəstələr üçün ayini qeyd etdikdən sonra əlil arabasında Vatikandan ayrılıb.