Bundesliqa: “Bayer 04” “Borussiya”nı məğlub edib

Almaniya Bundesliqasının XVI turunun Dortmundda keçirilən oyununda yerli "Borussiya" "Bayer 04" komandasına məğlub olub.

Operativtv Report-a istinadən məlumatına görə, qarşılaşmanı Tobias Stilerin başçılıq etdiyi hakimlər briqadası idarə edib.

"Bayer 04" rəqibinə 3:2 hesabı ilə qalib gəlib.

Hesabı ilk dəqiqədə "Bayer 04"ün yarımmüdafiəçisi Neytan Tella açıb. 8-ci dəqiqədə qonaqların ikinci qolunu hücumçu Patrik Şik vurub. Dörd dəqiqə sonra “Borussiya”nın hücumçusu Ceymi Bayno-Qittens fərqi azaldıb. 19-cu dəqiqədə Şik dubla imza atıb. Matçın 78-ci dəqiqəsində isə "Borussiya"nın hücumçusu Seru Qirassi penaltini dəqiq yerinə yetirib.

"Bayer 04" Bundesliqanın turnir cədvəlində ikincidir. Komanda 16 matçda 35 xal toplayıb. “Borussiya” 25 xalla altıncıdır. Turnir cədvəlinə 36 xalla "Bavariya" başçılıq edir.