Pakistanın şimal-qərbində onillərdir məzhəb zəminində zorakılıq halları davam edir. Noyabrın 21-23-ü arasında Xaybər-Paxtunxva əyalətinin Kurram bölgəsində baş verən son toqquşmada isə 80-dən çox insan öldürülüb. Toqquşma şiə müsəlmanların konvoyuna bir silahlı şəxsin atəş açması ilə başlayıb. Bu qanlı toqquşmanın ardınca şiələrin sələfi-vəhhabi icmasına qarşı qisas hücumu başlayıb. Noyabrın 24-də tərəflər yeddigünlük atəşkəs elan ediblər.
Pakistanda əhalinin çoxu sünni olsa da, burada təsirə məruz qalaraq məzhəbini dəyişib sələfi vəhhabi olanlarla yanaşı Əfqanıstanla sərhəddə yerləşən dağlıq Kurram bölgəsində çoxsaylı şiə sakinlər də yaşayır. Elə mübahisəyə də zəmin məhz məzhəbi baxışlardır. Sələfilərin bu əraziyə tez-tez hücumları Kurramda minlərlə insan itkisinə səbəb olur. Təkcə bu ilin iyulundan bəri 200-dən çox insan öldürülüb.
Silahlı toqquşma məkanı
Pakistanın şimal-qərb bölümü onillər boyunca silahlı toqquşmaların məkanı olub. Ekspertlər deyirlər ki, bölgədə qruplaşmalarının yaranması məzhəb münaqişəsini daha da ağırlaşdırıb.
Şiələr deyirlər ki, "Təhriki Taliban Pakistan" (TTP), Xorasan İslam Dövləti və "Ləşkəri Cənqvi" kimi ekstremist qruplar Kurramda kafir hesab etdikləri şiələrin kökünü kəsməyə, yaxud onları bölgədən çıxarmağa çalışır.
Hökumət rəsmiləri Xaybər-Paxtunxva əyalətinin Kurram rayonunda qruplar arasında atəşkəsə əməl olunmasına nəzarət edirlər.
2007-2011-ci illər arasında "Pakistan Talibanı" kimi tanınan TTP bölgəni ələ keçirməyə çalışarkən, Kurramda baş verən ağır zorakı toqquşmalarda çoxu şiə olan 2 minədək insan öldürülüb.
Sələfilər məsuliyyətdən yaxa qurtarmaq üçün Kurramdakı zorakılığa görə Suriyada döyüşmüş pakistanlılardan oluşan hərbi qruplaşmanı – "Zeynəbiyyun briqadası"nı günahlandırır. Bu qrupun üzvləri arasında son illər vətənə qayıdan yerli kurramlı şiələr də var. Lakin öldürülən insan sayi və hücum olunanları nəzərə aldıqda vəziyyət deyilənlərin əksini söyləyir.
Ekspertlər deyirlər ki, Kurramdakı qanlı məzhəb zorakılığı həm də zəif idarəetmə və siyasi marginallaşmanın fəsadıdır.
Pakistanın sərhəd bölgələri, o sıradan Xayber-Paxtunxva əyaləti islamçı və separatçı iğtişaşlara qarşı hərbi hücumlara səhnə olub və olduqca yayğın insan haqları pozuntularına görə ordu ittiham edilib.
Pakistandakı məzhəbi qarşıdurma gərgin vəziyyətini sürdürür