Avstriya kansleri Karl Nehammer Rusiyanın enerji şirkəti “Qazprom”un ölkəsinə təbii qaz nəqlini dayandıracağını bəyan edib.
Avstriyanın baş naziri Karl Nehammer, Vyanada yerləşən neft və qaz şirkəti ÖMV tərəfindən Qazprom-un tədarükün dayandırılması qərarı barədə məlumatlandırıldığını və bunun Ukraynada müharibə başlayandan bəri gözlənilən vəziyyət olduğunu bildirib.
Bu qış heç kimin donmayacağına və heç bir evin istilik problemi yaşamayacağına zəmanət verən Nehammer, “Tədbirlər alınıb. Qaz ehtiyatı tamdır və sabahdan etibarən digər mənbələrdən də kifayət qədər qaz veriləcək” deyib.
Nehammer əvvəllər gördükləri tədbirlərin bu gün istifadə ediləcəyini, qaz ehtiyatlarının 93 faiz olduğunu və bir illik ehtiyacı ödədiyini qeyd edib.
Nehammer bütün təbii qaz təminatçılarının bu günə hazırlaşmaq üçün üzərinə düşən öhdəlikləri yerinə yetirdiyini ifadə edərək, "Bu yolla Putinin bizi şantaj etməsinə icazə vermədiyimizi göstərəcəyik" deyə bildirib.
Rusiya Avstriyaya təbii qaz tədarükünü dayandıracaq