Azərbaycan klublarının avrokuboklardakı qələbə sayı 150-yə çatıb.
Peşəkar Futbol Liqasının rəsmi saytı xəbər verir ki, yubiley qalibiyyəti Çempionlar Liqasının II təsnifat mərhələsində “Qarabağ” və “Şelburn” komandaları arasında cavab oyununa təsadüf edib.
Ağdam təmsilçisi İrlandiya klubuna 1:0 hesabı ilə qalib gəlib. 150-ci qələbə qitə səhnəsindəki 477-ci matça təsadüf edib.
Azərbaycan təmsilçiləri Çempionlar Liqasında 38, Avropa Liqasında (əvvəl UEFA Kuboku) 82, Konfrans Liqasında 21, İntertoto Kubokunda 9 dəfə azarkeşlərini sevindirib. Qələbələrdən 87-si evdə, 63-ü səfərdə əldə olunub.
Qeyd edək ki, Azərbaycan komandalarının avrokuboklarda ilk qələbəsi 1996-cı il iyulun 17-nə təsadüf edib. Həmin gün “Neftçi” Sofiya “Lokomotiv”ini Bakıda 2:1 hesabı ilə məğlub edib.
"Qarabağ" 150-yə çatdı