Ayətullah Xamenei xüsusi elçi ilə Livana məktub göndərib

İran dövlətinin rəsmisi Əli Laricani Suriyanın ardınca Livanda səfərdədir.

Operativtv Az.rasthaber-ə istinadən xəbər verir ki, o, Beyrut təmasları çərçivəsində Livanın Baş naziri Nəcib Miqati və parlamentinin sədri Nəbih Bərri ilə görüşlər keçirib.

Əli Laricani İran İslam İnqilabının Ali lideri Ayətullah Xameneinin məktubunu Bərriyə çatdırdığını bildirib.

Məktubun məzmunu barədə açıqlama verilməyib.

Laricani deyib ki, “Beyrut hökuməti və Livan müqavimətinin qərarını, nə olursa-olsun, dəstəkləyəcəyik”.

Xatırladaq ki, Əli Laricani dünən Dəməşqdə Suriya prezidenti Bəşər Əsədlə də görüşüb.