MBH fəalı Əhsən Nuruzadə tam 7 il siyasi məhbus həyatı yaşadı. Həbsdə olduğu müddətdə həyat yoldaşı xərçəng xəstəliyindən vəfat edib. Azyaşlı uşaqları faktiki atasız və anasız qalmışdı. Əhsən bəy 7 illik qanunsuz cəzasını günəgün çəkdikdən sonra nisbi azadlığa çıxmışdı. Azadlığa çıxmasından 20 gün sonra - bir neçə gün öncə heç bir əsas gətirmədən, izahat vermədən yenidən həbs ediblər. Uşaqları yenə qalıb taleyin ümidinə. Adam təəccüb edir ki, bu qədər kin və qəddarlığı qəlblərinə haradan və necə toplayıblar? İstənilən xalqın, xüsusən də təbiətən xoşgörülü, mərhəmətli və ürəyiyumşaq olan Azərbaycan xalqının belə qəddar adamlara yalnız nifrət edə edəcəyini anlamırlarmı?
Əli Kərimli
AXCP sədri
İlham Əliyev hakimiyyəti iqtidarını qorumağın ən effektli yolunu qəddarlıqdamı görür?