İraq müqaviməti işğal altındakı Fələstinin şimalında mühüm hədəfə növbəti dron zərbəsi endirib

İraq İslami Müqaviməti sionist rejimin mövqelərinə etdiyi hücumlarının davamında işğal olunmuş Fələstinin şimalında mühüm bir hədəfə zərbə endirdiyini bildirib.

İraq İslam Müqaviməti bu gün, çərşənbə axşamı səhər saatlarında işğal olunmuş ərazilərin şimalında həyati əhəmiyyətli bir mövqeyi pilotsuz təyyarə ilə hədəfə alması barədə məlumat yayıb.

İslami Müqavimət bununla bağlı yaydığı bəyanatda vurğulayıb ki, sionist rejimin mövqelərinə hücumlar və düşmənin istehkamlarının darmadağın edilməsi artan tendensiya ilə davam edəcək.

İraq İslami Müqaviməti dünən axşam yaydığı bəyanatda da bildirib ki, işğalçı rejimin dinc əhaliyə, o cümlədən uşaqlara, qadınlara və qocalara qarşı törətdiyi qırğınlara cavab olaraq müqavimət qüvvələri qabaqcıl pilotsuz uçuş aparatı ilə işğal olunmuş ərazilərin şərqində mühüm mövqeyə zərbə endirdi.