“Nisa” surəsindən bir ayə “Mavi Quran”ın bir səhifəsində qızılı yarpağın altında gizlədilmiş şəkildə aşkar edilib.
Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində yerləşən Zayed Milli Muzeyi tərəfindən aparılan araşdırmalar nəticəsində dünyanın ən qədim Quranlarından biri olan Mavi Quranın səhifələri müsəlman xəttatlığının məşhur nümunəsi arasında qızılı dekorativ yarpaq rəsminin altında gizlədilmiş “Nisa” surəsindən bir ayə tapılıb.
Xəttat tərəfindən öz səhvini ört-basdır etmək üçün edildiyi güman edilən qızıl yarpaq fiqurunun altında gizlənən bu misra, zamanla görünməyən və silinmiş yazıları ortaya çıxarmaq üçün istifadə edilən multispektral təsvir texnikası ilə ortaya çıxıb.
Tədqiqatçılar vurğulayırlar ki, xəttatın öz təşəbbüsü ilə bu qərarı verməsi dövrün İslam əsərlərində çox nadirdir.
Mavi Quranın bu əsrarəngiz səhifəsi yaxın vaxtlarda açılması planlaşdırılan Zayed Milli Muzeyinin “Əlaqələrimizlə” qalereyasında nümayiş etdiriləcək.
9-cu əsrin sonu və 10-cu əsrin əvvəlləri arasında Kayruan müsəlmanları üçün yaradılmış mavi Tunis kufi əlyazması olan Mavi Quran Quranın ən bədii nüsxələrindən birini təmsil edir və eyni zamanda İslam İncəsənətinin ən böyük əsərlərindən biridir.
İndiqo ilə boyanmış quzu dərisindən hazırlanmış perqament üzərində qızıl (xrizoqrafiya) və gümüş yazı texnikası ilə yazılmış əlyazma “Mavi Quran” təxminən 600 səhifədən ibarətdir. Bu gün yalnız 100 səhifəsi aşkar edilən Mavi Quranın beş səhifəsi Zayed Milli Muzeyində sərgilənəcək.
Zayed Milli Muzeyi İslam mədəniyyətinin dərindən tədqiqi və ərəb dilinin inkişafı üçün böyük akademik heyətlə işini davam etdirir. Zayed Milli Muzeyinin missiyasına dünya səviyyəli tədqiqat institutu yaratmaq və Birləşmiş Ərəb Əmirliklərinin qədim keçmişdən bu günə qədər tarixi və mədəniyyəti üzrə etibarlı orqan olmaq daxildir.
“Mavi Quran”ın qızıl yarpağının altında gizlənmiş ayə aşkar edilib