Bakı Ağır Cinayətlər Məhkəməsi mayın 31-də Müsəlman Birliyi Hərəkatının (MBH) üzvü Fədail Şükürovun barəsində çıxardığı 1 il 9 aylıq cəzadan dövlət ittihamçısı şikayət verib.
Oktyabrın 1-də məhkəmənin qərarı ilə inanclı yenidən saxlanılıb.
Fədail Şükürov 2023-cü il martın 28-də ölkədə kütləvi inanclıların həbsi zamanı saxlanılmışdı. İnanclıya qarşı CM-nin 234.4.3-cü (külli miqdarda narkotik vasitələrin psixotrop maddələrin alqı satqısı və istehsalı) maddəsi ilə cinayət işi açılmışdı.
2024-cü ilin 31-mayında Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynov müttəhimin ittihamına uyğun dəlil sübutların olmaması səbəbindən narkotiklərə aid maddəni 234.4.3-dən 234.1-1-ə (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) tövsif edərək Fədail Şükürovu 1 il 9 ay müddətinə azadlıqdan məhrum etmişdi.
Hakim cəzasının 1 il 2 ayının bitməsi, yerdə qalan 7 ayını isə ayağına qolbaq taxılaraq azadlıqda cəzasının çəkilməsinə qərar vermişdi. Onun qərarından şikayət verən dövlət ittihamçısının şikayəti əsasında oktyabrın 1-də növbəti məhkəmə iclası baş tutub. Hakim dövlət ittihamçısının qaldırdığı vəsadəti əsaslı sayaraq Fədail Şükürovu həbs dövrü daxil olmaqla 3 il müddətinə azadlıqdan məhrum edib. İnanclı elə məhkəmə salonundan da həbs edilib.
Dövlət ittihamçısının şikayəti əsasında inanclı yenidən saxlanılıb