İranın Ermənistandakı səfiri Mehdi Söhbani İran və Ermənistan münasibətlərini dəyərləndirib. Səfir Zəngəzur dəhlizindən də danışaraq, 3 milyard dollarlıq ticarət həcminin hədəfinə toxunub.
Mehdi Sübhani Ermənistandakı yerli mənbələrə müsahibəsində gündəmin ən mühüm maddələrindən biri olan dəhlizlərin açılması məsələsi ilə bağlı "Bölgədə bağlanan yolların tam açılması ilə bağlı mövqeyimiz bəllidir. Biz yolların açılmasının əleyhinə deyilik, lakin yolların açılması Ermənistanın milli suverenliyinə və ərazi bütövlüyünə uyğun olmalıdır”.
İran rəsmisi əlavə edib ki, Zəngəzur dəhlizi kimi məsələlərlə bağlı bəzilərinin arzu və istəkləri heç vaxt gerçəkləşməyəcək.
Sobhani maneələrin aradan qaldırılması və yolların açılması prosesinə üçüncü ölkənin nəzarətinin sual altında ola biləcəyi ilə bağlı suala cavabında deyib: “Mən qeyd etmək istərdim ki, Ermənistan hökuməti bu məsələ ilə bağlı aydın bəyanat verib və biz bu ideyanı dəstəkləyəcəyimizi bəyan etmişik”. O, bütün nəzarət və yoxlamaların Ermənistan hökuməti və Ermənistanın suverenliyi altında olması lazım olduğunu vurğulayıb.
Söhbani həmçinin bəyan edib: "Biz artıq 19-cu əsrdə deyilik, 21-ci əsrdəyik. Ölkələr müstəqillik və suverenliyə malikdirlər, bu suverenliyə əsaslanaraq hərəkət edirlər".
İran səfiri ikitərəfli əməkdaşlıq haqqında da bunları deyib: "Bizim iki ölkə arasında əməkdaşlıq üçün böyük potensialımız var. Bizim əməkdaşlıq etdiyimiz sahələr ticarət-iqtisadi əlaqələrin, eləcə də insanlar arasında ünsiyyət əlaqələrinin inkişafında ciddi rol oynaya bilər.
Xüsusilə yollar, körpülər və binaların tikintisi kimi sahələrdə atılan addımlar iki ölkənin xalqına xidmət etmək və qarşılıqlı səfərləri yaxşılaşdırmaq üçün atılır. Bizim yüksək vəzifəli məmurlarımız iki ölkə arasında ticarətin inkişafı üçün 3 milyard dollar hədəf qoyublar və biz buna sadiqik. Biz məqsədə çatmaqda qərarlıyıq."
Sobhani iki ölkə arasında əlaqələrin gələcəkdə çox parlaq göründüyünü və bütün potensiallardan istifadə etmək əzmində olduqlarını bildirib.
İran səfiri Zəngəzur dəhlizi haqqında danışıb