Bella Hadid isə karyerası bitsə belə, Fələstini dəstəkləməyi heç vaxt dayandırmayacağını deyib.
1972-ci il Münhen Olimpiadaları üçün nəzərdə tutulmuş ikonik SL72 model ayaqqabının tanıtımında Bella Hadidi markanın reklam siması kimi göstərən Adidas, cümə günü İsraildən gələn reaksiyalardan sonra "kampaniya səylərinin nəzərdən keçirildiyini" açıqlayıb.
Daha sonra Alman brendinin rəsmi hesablarından Fələstin əsilli modelin yer aldığı yazıların silindiyi görülüb.
Amerika Birləşmiş Ştatlarında (ABŞ) bir qəzetə verdiyi açıqlamada, Adidas sözçüsü Stefan Pursche Bella Hadidin etnik kimliyi ilə 1972 Münhen Olimpiadasında baş verən "faciəli tarixi hadisələr" arasında əlaqə qurulduğunu və reklamın səbəb olduğu "kədər və sıxıntı" olduğunu, bunun üçün təşkilat olaraq üzr istədiklərini söyləyib.
1972-ci ildə Münhen Olimpiadası zamanı Fələstində fəaliyyət göstərən Fəth hərəkatına bağlı Qara Sentyabr təşkilatının üzvləri İsrail idmançılarının qaldığı olimpiya kəndinə hücum etmiş və hiddətə səbəb olan hadisədə 11 idmançı həyatını itirmişdi.
ABŞ-da müharibə əleyhinə nümayişlərə qatılan və “Çaydan dənizə Fələstin azad olacaq” şüarına ilə çıxış edən model bir müddət İsrail dövləti tərəfindən “düşmənçilik” və “antisemitizm yaymaqda” günahlandırılıb.
Hadid 16 oktyabr 2023-cü ildə HƏMAS-ın İsrail sərhədini keçərək hücumdan günlər sonra, 16 oktyabr 2023-cü ildə bir paylaşım edərək, “Karyeram bitsə belə, Fələstini dəstəkləməyi heç vaxt dayandırmayacağam " deyib.
Hadidin bacısı Gigi və böyük bacısı Alana ilə birlikdə Fələstinə dəstək olmaq üçün “Watermelon Pictures” film yayımı, istehsal və maliyyə şirkətini qurduğu da məlumdur.
Adidas daha əvvəl "antisemitizm" ittihamı ilə amerikalı müğənni Kanye West ilə tərəfdaşlığını dayandırmışdı.
2022-ci ilin oktyabrında "antisemitizmə inanmadığını" deyən West, "yəhudiləri öldürməklə hədələdiyi" iddiasına görə milyonlarla dollarlıq reklam müqaviləsini itirib. Onun bundan sonra X və Instagram hesabları dayandırılıb və sonunda o, üzr istəməyə məcbur olub.
Oktyabrın 7-dən İsrail və Qəzza zolağında HƏMAS arasında toqquşmalar yenidən alovlanıb.
Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının (BMGK) dərhal atəşkəs elan etmə qərarına baxmayaraq, Qəzzada dinc əhaliyə qarşı hücumlarını və qırğınlarını davam etdirdiyi üçün İsrail beynəlxalq qınaqla üzləşib.
Qəzzadakı səhiyyə rəsmilərinin bildirdiyinə görə, oktyabrın 7-dən bəri İsrailin Qəzzaya hücumları nəticəsində əksəriyyəti qadın və uşaq olmaqla 38 mindən çox fələstinli ölüb, təxminən 84,700 nəfər yaralanıb.
Xarabaya çevrilən Qəzzanın bir çox bölgəsində qida, təmiz su və dərmana çatmaq hələ də çox çətindir. İsrail Cənubi Afrikanın açdığı iddia çərçivəsində Beynəlxalq Ədalət Məhkəməsində soyqırımda ittiham olunur.
Məhkəmə, Baş nazir Netanyahu administrasiyasının mayın 6-da işğaldan əvvəl bir milyondan çox fələstinlinin sığındığı ölkənin cənubundakı Rəfah şəhərindəki fəaliyyətini dərhal dayandırmağa qərar verib.
Adidas İsrailin reaksiyalarından sonra Bella Hadidin yer aldığı reklamı silib