La Liqa: “Real” “Rayo Valyekano”nun öhdəsindən gələ bilməyib

“Real” İspaniya çempionatının 12-ci turunun ev oyununda "Rayo Valyekano"nu məğlub edə bilməyib.

“Report” xəbər verir ki, görüş qolsuz yekunlaşıb.

“Kral klubu” qalib gələcəyi təqdirdə, 31 xalla turnir cədvəlinə başçılıq edən “Jirona”nı keçəcəkdi.

Keçirilmiş 12 oyundan sonra “Real” 29 xalla ikinci pillədə qərarlaşıb. “Rayo Valyekano” 18 xalla 9-cu yerdədir.