Azərbaycan Müdafiə Nazirliyi ermənilərin Qarabağda rus sülhməramlılarının dəstəyi ilə Xəlfəli- Kosalar - Turşu - Xankəndi yolunu çəkdiyini bildirir. Bu yol indiyə qədər ermənilərin istifadə etdiyi Xəlfəli-Turşsu-Xankəndi yolundan şimalda yerləşir.
Bir tərəfdən Azərbaycan gəncləri Laçın- Xankəndi yolunda aksiya edirlər, o bir tərəfdən də Qarabağdakı ermənilər ruslarla əlbir olub artıq üçüncü yolu çəkirlər.
Azərbaycan isə hələ də Laçın - Xankəndi yolunda davam edən aksiyaya görə beynəlxalq səviyyədə qınağa məruz qalır. Bir halda ki, ermənilər qanunsuz şəkildə alternativ yollardan istifadə edirlər, o zaman Laçın yolundakı bu aksiya nəyin qarşısını alır?
İndi əsas sual budur ki, Azərbaycan XİN nəyə görə Rusiya Xarici işlər nazirliyinə nota verərək "sülhməramlıların" alternativ yollardan istifadəni dayandırmasını, silah - sursat daşınmasını himayə etməyi durdurmağı tələb etmir? Bu məsələdə, Müdafiə Nazirliyinin bəyanatı məsələni dövlətlərarası müzakirəyə çıxarılması üçün yetərli deyil, mütləq XİN tərəfindən Rusiya dövləti qarşısında kəskin tələb qaldırılmalıdır.
Fuad Qəhrəmanlı
Azərbaycan niyə Rusiyadan tələb etmir ?