Görəsən Peyğəmbərin (s) Qədir Xum günündə etdiyi “Əliyə kömək edənə Sən də kömək et” duası qəbul oldumu? ( 1-ci hissə)

Bağışlayan və Mehriban Allahın adı ilə

1-ci hissə

Qədir Xum haqqında həqiqətləri həzm edə bilməyən bəzi şəxslər müsəlman xalqı arasında belə bir şübhə yaratmağa çalışırlar ki, əgər Allah Rəsulu (s)  şiə əqidəsinin iddiasına əsasən Qədir Xum günü Həzrət İmam Əli ibn Əbutalibin (ə) vilayətini elan edərək aşağıdakı duanı buyurmuşdursa, niyə Həzrətin (s) duası qəbul olmayıb?

 

اللهم انصر من نصره واخذل من خذله

 

İlahi! Əliyə (ə) kömək edənlərə kömək et! Onu xar etmək istəyənləri xar et!   

Tərcümə etdi: Şeyx Fərhad Mirzə​    

 

Hər kəsə məlumdur ki, Allah Rəsulu (s) “Mustəcabud-dəvət” (duaları qəbul olunan) olduğu üçün hər etdiyi dua qəbul edilmişdir. Lakin zahirdə bu dua qəbul olunmuşa bənzəmir. Çünki Əlinin (ə) o duadan sonra döyüşdüyü şəxslər məğlub olmayıblar. Nə də Əli (ə) qələbə qazanmamışdır. O zaman belə çıxır ki, Allah Rəsulu (s) əsla belə bir dua etməmişdir.

 

İbni Teymiyyə “Minhacus-sunnə” kitabında də bu haqda yazır:

 

الوجه السادس أن دعاء النبي صلى الله عليه و سلم مجاب و هذا الدعاء ليس بمجاب فعلم انه ليس من دعاء النبي صلى الله عليه و سلم فإنه من المعلوم انه لما تولى كان الصحابة و سائر المسلمين ثلاثة أصناف صنف قاتلوا معه و صنف قاتلوه و صنف قعدوا عن هذا و هذا و اكثر السابقين الأولين كانوا من القعود و قد قيل أن بعض السابقين الأولين قاتلوه ... و العسكر الذين قاتلوا مع معاوية ما خذلوا قط بل و لا في قتال علي فكيف يكون النبي صلى الله عليه و سلم قال اللهم اخذل من خذله و انصر من نصره و الذين قاتلوا معه لم ينصروا على هؤلاء بل الشيعة الذين تزعمون انهم مختصون بعلي ما زالوا مخذولين مقهورين لا ينصرون إلا مع غيرهم أما مسلمين وإما كفار و هم يدعون انهم أنصاره فأين نصر الله لمن نصره و هذا و غيره مما يبين كذب هذا الحديث .

إبن تيمية الحراني ، أبو العباس أحمد بن عبد الحليم ، منهاج السنة النبوية ، ج 7 ، ص 55 ـ 59 ، تحقيق : د. محمد رشاد سالم ، ناشر : مؤسسة قرطبة ، الطبعة : الأولى ، 1406هـ .

 

Allah Rəsulunun (s) duası heç şübhəsiz ki, qəbul olur. Lakin bu duanın (“İlahi! Əliyə kömək edənlərə....) qəbul olunması haqqında heç bir xəbər eşidilməmişdir. Bəs məlum olur ki, bu dua Allah Rəsulundan (s) deyildir. Çünki Əli (ə) xəlifə olanda səhabələr və digər müsəlmanlar 3 dəstəyə ayrıldılar. Bir dəstə onu himayə etdi, bir başqa dəstə onunla döyüşdü və İslamda qabaqcıl olanlardan bir dəstə isə Əli (ə) və Müaviyəni himayə etməkdən imtina edib evdə oturdu. Hətta deyilmişdir ki, İslamda öndə olanlardan bəzisi onunla döyüşüblər...” Müaviyənin qoşununda olanlardan heç kim zəlil və xar olmayıb. Hətta Əli (ə) ilə döyüşdə də Müaviyənin (ə) ordusu xar olmadı. Peyğəmbər (s) necə “İlahi! Əliyə (ə) kömək edənlərə kömək et! Onu xar etmək istəyənləri xar et!” duasını edə bilər ki?!

Başqa bir tərəfdən Əliyə (ə) kömək edənlərə yardım olunmadı. Hətta Əlini (ə) özlərindən hesab edən şiələr həmişə zəlil oldular və heç bir köməkləri olmadı. Əgər köməkləri olsa da, bunlar ya müsəlmanlarla ya da kafirlərlə bir yerdə olublar. Onlar iddia edirdilər ki, bu şəxslər Allahın köməkləridir. Bəs Allahın köməyi harada qaldı ki, onlara kömək etsin? Odur ki, bu hədis və digər bu kimi hədislərin yalan olduğu aşkar oldu.

İbn Teymiyyə, Minhac əs-sunnə, c. 7, s. 55-59, Məhəmməd Rəşad Salimin təhqiqi, Naşir: Muəssisə Qurtubə, 1-ci çap, 1406 h. q

 

 İbni Teymiyyənin fətvaları arasında deyilir:

 

وقوله «اللهم انصر من نصره ... الخ» خلاف الواقع قاتل معه أقوام يوم صفين فما انتصروا وأقوام لم يقاتلوا فما خذلوا كسعد الذى فتح العراق لم يقاتل معه وكذلك اصحاب معاوية وبنى أمية الذين قاتلوه فتحوا كثيرا من بلاد الكفار ونصرهم الله .

ابن تيميه الحراني ، أحمد عبد الحليم أبو العباس (متوفاي 728 هـ) ، كتب ورسائل وفتاوى شيخ الإسلام ابن تيمية ، ج 4 ، ص 418  ، تحقيق : عبد الرحمن بن محمد بن قاسم العاصمي النجدي ، ناشر : مكتبة ابن تيمية ، الطبعة : الثانية .

 

Allah Rəsulunun (s): “İlahi! Əliyə kömək edənlərə kömək et...” duası həqiqətlə uyğun deyil və yalandır. Bir dəstə Siffiyndə Əli (ə) ilə birlikdə döyüşdü, lakin qələbə qazanmadılar və başqa bir dəstə ona kömək etməkdən imtina etdi, lakin zəlil olmadılar. Əksinə müvəffəq belə oldular. Səd bin Əbi Vəqqas Əliyə (ə) kömək etməsə də, İraqı fəth etdi. Müaviyənin Əli (ə) ilə döyüşən digər səhabələri də bir çox küfr ölkələrini fəth etdilər və Allahın da köməyi onlarla oldu.

İbn Teymiyyə, Kutub və rəsail və fətava Şeyx əl-İslam İbn Teymiyyə, c. 4, s. 418, Əbdürrəhman ibn Məhəmməd ibn Qasim Asimi Nəcdinin təhqiqi, Naşir: Məktəbə İbn Teymiyyə, 2-ci çap

 

Araşdırma

İbn Teymiyyə həqiqətdə Peyğəmbər (s) sünnəsini inkar edir

İbn Teymiyyənin bu sözü həqiqətdə Allah Rəsulunun (ə) sabit və qəti sünnəsini inkar edir. Çünki Allah Rəsulunun (s): “İlahi! Əliyə kömək edənlərə kömək et....” duası əhli sünnə mənbələrində səhih sənədlərlə nəql edilmişdir. Biz onlardan bir neçəsini nümunə olaraq qeyd edirik:

a) Nəsai  Səid bin Vəhəbdən:

 

أخبرنا الحسين بن حريث المروزي قال حدثنا الفضل بن موسى عن الأعمش عن أبي إسحاق عن سعيد بن وهب قال قال علي في الرحبة أنشد بالله من سمع رسول الله صلى الله عليه وسلم يوم غدير خم يقول إن الله وليي وأنا ولي المؤمنين ومن كنت وليه فهذا وليه اللهم وال من والاه وعاد من عاداه وأنصر من نصره .

قال فقال سعيد قام إلى جنبي ستة وقال زيد بن يثيع قام عندي ستة

النسائي ، أحمد بن شعيب أبو عبد الرحمن (متوفاي303 هـ) ، خصائص أمير المؤمنين علي بن أبي طالب ، ج 1 ، ص 117 ، ح98 ،  تحقيق : أحمد ميرين البلوشي ، ناشر : مكتبة المعلا - الكويت ، الطبعة : الأولى ، 1406 هـ .

 

Hüseyn ibn Həris Məruzi bizə xəbər verdi və dedi: Fəzl ibn Musa Əməşdən, o da Əbu İshaqdan Səid bin Vəhəbin belə dediyini nəql edir: Əli (ə) məscidin meydanında danışarkən buyurdu: “Sizi Allaha and verirəm! Kim Allah Rəsulundan (s) Qədir Xumda “Mənim hamim Allahdır və mən də möminlərin hamisiyəm, hər kimin hamisi mənəmsə, Əli (ə) də onun hamisidir. İlahi, Əlini (ə) sevəni sev, onunla düşmən olana düşmən ol, Əliyə (ə) kömək edənə kömək et” buyurduğunu eşidibsə şəhadət versin!

Səid dedi: “Mənim yanımdan altı nəfər qalxıb şəhadət verdi. Zeyd ibn Yusəy də belə deyir: Yanımdan doqquz nəfər qalxdı və şəhadət verdi”

Nəsai, Xəsaisu Əmirilmöminin Əli ibn Əbitalib, c. 1, s. 117, h. 98, Əhməd Mirin Bəluşi, Naşir, Məktəbə əl-muəlla, Kuveyt, 1-ci çap, 1406 h.q

 

b) Məqdisi Hənbəli bu rəvayəti nəql edəndən sonra yazır:

 

سئل الدارقطني عنه فقال : حدث به الأعمش وشعبة وإسرائيل ، عن أبي إسحاق ، عن سعيد بن وهب ، عن علي ، وذكر ما فيه من الاختلاف قال : وأشبهها بالصواب قول الأعمش وشعبة وإسرائيل ومن تابعهم ، وقد روي نحو هذا عن عبدالرحمن بن أبي ليلى عن علي عليه السلام ( إسناده صحيح ) .

المقدسي الحنبلي ، أبو عبد الله محمد بن عبد الواحد بن أحمد (متوفاي643هـ) ، الأحاديث المختارة ، ج 2 ، ص 106 ، ح481 ، تحقيق عبد الملك بن عبد الله بن دهيش ، ناشر : مكتبة النهضة الحديثة - مكة المكرمة ، الطبعة : الأولى ، 1410هـ .

Daru Qutnidən bu hədis barədə sual edildikdə, cavabında dedi: “Əməş, Şöbə və İsrail Əbu İshaqdan, o da Səid ibn Vəhəbdən və o da Əlidən (ə) bu hədisi nəql etmişdir. Sonra o, hədis barədə yaranan ixtilaflar haqqında danışıb dedi: “Ə`məş, Şöbə, İsrail və onlara tabe olanların nəqli səhihliyə yaxındır. Sonra deyir: Buna bənzər hədisi Əbdurrəhman ibn Əbu Leyla da Əlidən (ə) rəvayət etmişdir. Sənədi də səhihdir.

əl-Məqdisi Hənbəli, (v. 643 h. q) Əl-Əhadis əl-Muxtarə, c. 2, s. 106, h. 481, Əbdülməlik ibn Abdullah Duheyşin təhqiqi, Naşir: Məktəbə ən-nəhzə əl-hədisə, Məkkə, 1-ci çap, 1410 h. q

İbn Kəsir Dəməşqi Sələfi də bu rəvayəti nəql etdikdən sonra sənədinin yaxşı olduğunu deyir:

عن سعيد بن وهب قال قال علي في الرحبة أنشد بالله رجلا سمع رسول الله يوم غدير خم يقول ان الله ولي المؤمنين ومن كنت وليه فهذا وليه اللهم وال من والاه وعاد من عاداه وانصر من نصره وكذلك رواه شعبة عن أبي اسحاق وهذا اسناد جيد .

 

القرشي الدمشقي ، إسماعيل بن عمر بن كثير أبو الفداء (متوفاي774هـ) ، البداية والنهاية ، ج 5 ، ص 210 ، ناشر : مكتبة المعارف – بيروت .

Səid ibn Vəhəbin belə dediyini nəql edir: Əli (ə) məscidin meydanında danışarkən buyurdu: “Sizi Allaha and verirəm! Kim Allah Rəsulundan (s) Qədir Xumda “Mənim hamim Allahdır və mən də möminlərin hamisiyəm, hər kimin hamisi mənəmsə, Əli (ə) də onun hamisidir. İlahi Əlini (ə) sevəni sev, onunla düşmən olana düşmən ol, Əliyə (ə) kömək edənə kömək et” buyurduğunu kim eşidib?! Bu hədisi Şöbə Əbu İshaqdan da nəql etmişdir və sənədləri də yaxşıdır.

İbn Kəsir, Əl-Bidayə və ən-nihayə, c. 5, s. 210, Naşir: Məktəbə əl-məarif, Beyrut

 

Məqdisi və İbn Kəsirin bu rəvayəti təsrih (səhih olduğunu açıq-aşkar təsdiq) etməsi İbn Teymiyyə məktəbinin ardıcılları üçün kifayət etməsinə baxmayaraq, biz heç bir bəhanə qalmaması üçün rəvayətin sənədlərini ayrı-ayrı araşdıraraq təqdim edirik:

Hüseyn ibn Həris əl-Məruzi

Zəhəbi onun haqqında deyir:

 

الحسين بن حريث أبو عمار الخزاعي المروزي ... ثقة .

الذهبي ، شمس الدين محمد بن أحمد بن عثمان ، (متوفاي748هـ) ، الكاشف في معرفة من له رواية في الكتب الستة ، ج 1 ، ص ،332 ، رقم : 1082 ، تحقيق محمد عوامة ، ناشر : دار القبلة للثقافة الإسلامية ، مؤسسة علو - جدة ، الطبعة : الأولى ، 1413هـ - 1992م .

           

Hüseyn ibn Həris siqədir (etimad olunan ravilərdəndir).

Zəhəbi, Əl-Kaşif fi mərifə mən ləhu rivayə fi əl-kutub əs-sittə, c. 1, s. 332, h. 1082, Məhəmməd Əvamənin təhqiqi, Naşir, Dar əl-qiblə əs-siqafə əl-İslamiyyə, Muəssisə Uluvv, Ciddə, 1-ci çap, 1413 h. q

 

“Siyər əlam ən-nubəla” kitabında o, imam, hafiz və hüccət kimi qələmə verilir:

 

الحسين بن حريث خ م د ت . ابن الحسن بن ثابت بن قطبة الامام الحافظ الحجة أبو عمار الخزاعي المروزي مولى عمران بن حصين .

الذهبي ، شمس الدين محمد بن أحمد بن عثمان ، (متوفاي748هـ) ، سير أعلام النبلاء ، ج 11 ، ص 400 ، تحقيق : شعيب الأرناؤوط ، محمد نعيم العرقسوسي ، ناشر : مؤسسة الرسالة - بيروت ، الطبعة : التاسعة ، 1413هـ .

“Hüseyn ibn Həris Buxari, Muslim, Əbu Davud və Tirmizinin ravilərindəndir və onlar bu ravidən rəvayət nəql ediblər. O, imam, hafiz və höccətdir və İmran ibn Həsinin azad etdiyi quldur.”

Zəhəbi, Siyər əlam ən-nubəla, c. 11, s. 400, Şueyb Arnaut və Məhəmməd Nəim Ərqusinin təhqiqi, Naşir: Muəssisə ər-risalə, Beyrut, 9-cu çap, 1413 h. q  

Fəzl ibn Musa

Zəhəbi onun haqqında deyir:

الفضل بن موسى السيناني عن هشام بن عروة وطبقته وعنه إسحاق ومحمود بن غيلان وخلق ثبت مات 192 ع .

الذهبي ، شمس الدين محمد بن أحمد بن عثمان ، (متوفاي748هـ) ، الكاشف في معرفة من له رواية في الكتب الستة ، ج 2 ، ص 123 ، رقم : 4477 ، تحقيق محمد عوامة ، ناشر : دار القبلة للثقافة الإسلامية ، مؤسسة علو - جدة ، الطبعة : الأولى ، 1413هـ - 1992م .

 

“Fəzl bin Musa Sinani Hişam ibn Urvədən və onların təbəqəsindən hədis nəql edib. İshaq, Mahmud ibn Ğəylan və bir qrup da ondan hədis nəql ediblər. Etimad olunan bir ravi idi və 192-ci (h.q) ildə vəfat edib.”

Zəhəbi, Əl-Kaşif fi mərifə mən ləhu rivayə fi əl-kutub əs-sittə, c. 2, s. 123, h. 4477, Məhəmməd Əvamənin təhqiqi, Naşir: Dar əl-qiblə li əs-siqafə əl-İslamiyyə, Muəssisə Uluvv, Ciddə, 1-ci çap, 1413 h. q

 

“Mizan əl-etidal”- da yazır:

 

الفضل بن موسى السيناني المروزي ع أحد العلماء الثقات يروي عن صغار التابعين .

الذهبي ، شمس الدين محمد بن أحمد بن عثمان ، (متوفاي748هـ) ، ميزان الاعتدال في نقد الرجال ، ج 5 ، ص 437 ، تحقيق : الشيخ علي محمد معوض والشيخ عادل أحمد عبدالموجود ، ناشر : دار الكتب العلمية - بيروت ، الطبعة : الأولى ، 1995م .

 

“Fəzl bin Musa etimad olunan alimlərdən biri idi. O, tabeinlərin kiçiklərindən hədis rəvayət edib.

Zəhəbi, Mizan əl-etidal fi nəqd ər-rical, c. 5, s. 437, Şeyx Əli Məhəmməd Muəvvəz və Şeyx Adil Əhməd Əbdülmövcudun təhqiqi, Naşir: Dar əl-kutub əl-elmiyyə, Beyrut, 1-ci çap, 1416 h. q

 

Süleyman ibn Mehran əl-Əməş

 

Zəhəbi onun haqqında deyir:

 

سليمان بن مهران الحافظ أبو محمد الكاهلي الأعمش أحد الأعلام عن بن أبي أوفى وزر وأبي وائل وعنه شعبة ووكيع قال بن المديني له ألف وثلاثمائة حديث عاش ثمانيا وثمانين سنة .

الذهبي ، شمس الدين محمد بن أحمد بن عثمان ، (متوفاي748هـ) ، الكاشف في معرفة من له رواية في الكتب الستة ، ج 1 ، ص 464 ، رقم : 2132 ، تحقيق محمد عوامة ، ناشر : دار القبلة للثقافة الإسلامية ، مؤسسة علو - جدة ، الطبعة : الأولى ، 1413هـ - 1992م .

Süleyman ibn Mehran Əməş tanınmış alimlərdəndir, İbn Əbu Əvfa Vizrdən və Əbu Vaildən hədis nəql etmiş, Şöbə, Vukey də ondan hədis rəvayət etmişlər. O,  min üç yüz hədis rəvayət edib və səksən səkkiz il yaşayıb.

Zəhəbi, Əl-Kaşif fi mərifə mən ləhu rivayə fi əl-kutub əs-sittə, c. 1, s. 464, h. 2132, Məhəmməd Əvamənin təhqiqi, Naşir: Dar əl-qiblə li əs-siqafə əl-İslamiyyə, Muəssisə Uluvv, Ciddə, 1-ci çap, 1413 h. q

O, “Siyər əlam ən-nubəla” da deyir:

الأعمش . سليمان بن مهران الإمام شيخ الإسلام شيخ المقرئين والمحدثين .

الذهبي ، شمس الدين محمد بن أحمد بن عثمان ، (متوفاي748هـ) ، سير أعلام النبلاء ، ج 6 ، ص 226 ، تحقيق : شعيب الأرناؤوط ، محمد نعيم العرقسوسي ، ناشر : مؤسسة الرسالة - بيروت ، الطبعة : التاسعة ، 1413هـ .

O, imam, Şeyxul-islam, qarilərin və hədis alimlərinin böyüklərindən idi.

Zəhəbi, Siyər əlam ən-nubəla, c. 6, s. 226, Şueyb Arnaut və Məhəmməd Nəim Ərqusinin təhqiqi, Naşir: Muəssisə ər-risalə, Beyrut, 9-cu çap, 1413 h. q

Əbu İshaq əs-Səbii

    عمرو بن عبد الله أبو إسحاق الهمداني السبيعي أحد الأعلام ... هو كالزهري في الكثرة غزا مرات وكان صواما قواما عاش خمسا وتسعين سنة مات 127 ع

الذهبي ، شمس الدين محمد بن أحمد بن عثمان ، (متوفاي748هـ) ، الكاشف في معرفة من له رواية في الكتب الستة ، ج 2 ، ص82 ، رقم : 4185 ، تحقيق محمد عوامة ، ناشر : دار القبلة للثقافة الإسلامية ، مؤسسة علو - جدة ، الطبعة : الأولى ، 1413هـ - 1992م .

Əbu İshaq Səbii böyük alimlərdən biridir... Zuhri kimi çox rəvayət nəql etmişdir. Bir neçə müharibədə döyüşüb. O, çox oruc tutar, gecələri yatmazdı. Doxsan beş il yaşadı və 127-ci ildə vəfat etdi.

Zəhəbi, Əl-Kaşif fi mərifə mən ləhu rivayə fi əl-kutub əs-sittə, c. 2, s. 82, h. 4185, Məhəmməd Əvamənin təhqiqi, Naşir: Dar əl-qiblə li əs-siqafə əl-İslamiyyə, Muəssisə Uluvv, Ciddə, 1-ci çap, 1413 h. q

 

O, Təzkirətul-Huffazda deyir:

 

أبو إسحاق السبيعي عمرو بن عبد الله الهمداني الكوفي الحافظ أحد الأعلام رأى عليا رضي الله عنه وهو يخطب .... قال أبو حاتم ثقة يشبه الزهري في الكثرة وهو احفظ من أبي إسحاق الشيباني قال فضيل بن غزوان كان أبو إسحاق يختم في كل ثلاث وقيل كان صواما قواما متبتلا .

الذهبي ، شمس الدين محمد بن أحمد بن عثمان ، (متوفاي748هـ) ، تذكرة الحفاظ ، ج 1 ، ص 114 ،  ناشر : دار الكتب العلمية - بيروت ، الطبعة : الأولى .

Əbu İshaq Səbii böyük alimlərdəndir. O özü Əlinin (ə) xütbəsini eşidib. Əbu Hatəm deyib ki, o, inanılmış bir şəxsdir. Zuhri kimi çox rəvayətlər nəql etmişdir. O, hədisləri hifz etmək və qorumaqda Əbu İshaq Şeybanidən daha güclü idi. Fuzeyl bin Ğəzvan deyir: Əbu İshaq 3 gün ərzində Quran xətm edirdi. Deyirlər ki, o, çox oruc tutar və gecələri yatmazdı.

Zəhəbi, Təzkirətul huffaz, c. 1, s 114, Naşir: Dar əl-kutub əl-elmiyyə, Beyrut, 1-ci çap

Səid ibn Vəhəb

Zəhəbi onun haqqında deyir:

سعيد بن وهب الخيواني أحد أشراف همدان سمع من معاذ باليمن ومن علي وابن مسعود وعنه ابنه عبد الرحمن وأبو إسحاق ثقة .

الذهبي ، شمس الدين محمد بن أحمد بن عثمان ، (متوفاي748هـ) ، الكاشف في معرفة من له رواية في الكتب الستة ، ج 1 ، ص 446 ، رقم : 1971 ، تحقيق محمد عوامة ، ناشر : دار القبلة للثقافة الإسلامية ، مؤسسة علو - جدة ، الطبعة : الأولى ، 1413هـ - 1992م .

 

Səid ibn Vəhəb Həmədanın böyüklərindəndir. Yəməndə Məazdan hədislər eşidib. O, Əlidən (ə) və İbn Məsuddan hədis nəql edib və ondan da oğlu Əbdurrəhman və Əbu İshaq hədis rəvayət etmişdir. O, siqədir (etimad olunan).

Zəhəbi, Əl-Kaşif fi mərifə mən ləhu rivayə fi əl-kutub əs-sittə, c. 1, s. 446, h. 1971, Məhəmməd Əvamənin təhqiqi, Naşir: Dar əl-qiblə li əs-siqafə əl-İslamiyyə, Muəssisə Uluvv, Ciddə, 1-ci çap, 1413 h. q

 

Zəhəbi Siyər əlam ən-nubəlada deyir:

سعيد بن وهب . الهمداني الخيواني الكوفي من كبراء شيعة علي . حدث عن علي وابن مسعود ومعاذ بن جبل وخباب . أسلم في حياة النبي صلى الله عليه وسلم ولزم عليا رضي الله عنه حتى كان يقال له القراد للزومه إياه .

وحدث عنه أيضا ابنه عبد الرحمن له أحاديث وثقه يحيى بن معين .

الذهبي ، شمس الدين محمد بن أحمد بن عثمان ، (متوفاي748هـ) ، سير أعلام النبلاء ، ج 4 ، ص 180 ، تحقيق : شعيب الأرناؤوط ، محمد نعيم العرقسوسي ، ناشر : مؤسسة الرسالة - بيروت ، الطبعة : التاسعة ، 1413هـ .

Səid bin Vəhəb Əlinin (ə) şiələrinin böyüklərindəndir. Əlidən (ə), İbn Məsuddan, Məaz ibn Cəbəldən və Xəbbabdan hədis nəql etmişdir. O Allah Rəsulunun (s) sağlığında müsəlman olmuş və Qərradın onu Əliyə (ə) qarşı təşviqindən sonra Əlinin (ə) yaxınlarından olmuşdur. Yəhya ibn Muin onu tovsiq (etimad edilən şəxslərdən hesab) etmişdir.

Zəhəbi, Siyər əlam ən-nubəla, c. 4, s. 180, Şueyb Arnaut və Məhəmməd Nəim Ərqusinin təhqiqi, Naşir: Muəssisə ər-risalə, Beyrut, 9-cu çap, 1413 h. q

b) Bəzzar Zeyd bin Yusəydən:

حدثنا يوسف بن موسى قال نا عبيد الله بن موسى عن فطر بن خليفة عن أبي إسحاق عن عمرو ذي مر وعن سعيد بن وهب وعن زيد بن يثيع قالوا سمعنا عليا يقول نشدت الله رجلا سمع رسول الله صلى الله عليه وسلم يقول يوم غدير خم لما قام فقام إليه ثلاثة عشر رجلا فشهدوا أن رسول الله صلى الله عليه وسلم قال ألست أولى بالمؤمنين من أنفسهم قالوا بلى يا رسول الله قال فأخذ بيد علي فقال من كنت مولاه فهذا مولاه اللهم وال من والاه وعاد من عاداه وأحب من أحبه وأبغض من أبغضه وانصر من نصره واخذل من خذله .

 «من كنت مولاه فعلىّ مولاه اللهمّ وال من والاه و عاد من عاداه و احبّ من احبّه و ابغض من ابغضه و انصر من نصره و اخذل من خذله» .

البزار ، أبو بكر أحمد بن عمرو بن عبد الخالق (متوفاي292 هـ) ، البحر الزخار (مسند البزار) ج 3 ، ص 35 ، ح786 ، تحقيق : د. محفوظ الرحمن زين الله ، ناشر : مؤسسة علوم القرآن ، مكتبة العلوم والحكم - بيروت ، المدينة الطبعة : الأولى ، 1409هـ  .

 

Yusif ibn Musa bizə danışdı və dedi: Ubeydullah ibn Musa Fitr ibn Xəlifədən, o da Əbu İshaqdan, o da Əmr Zimərrdən, Səid ibn Vəhəbdən və Zeyd ibn Yusəydən belə dediklərini rəvayət edir: Əlidən (ə) belə buyurduğunu eşitdim: “Sizi Allaha and verirəm, əgər aranızda Qədir Xum günü Allah Rəsulundan (s) mən barəmdə buyurduğunu eşidən varsa, ayağa qalxsın və şəhadət versin. Orda olanlardan 13 nəfər ayağa qalxdı və şəhadət verdilər ki, Allah Rəsulundan belə buyurduğunu eşitdik: “Mən hər möminə onlardan daha layiq deyiləmmi? Camaat o Həzrəti (s) təsdiq etdilər. Elə o vaxt Peyğəmbər (s) Əlinin (ə) əlini qaldırdı və buyurdu:

“Mən kimin mövlasıyamsa, Əli (ə) də onun mövlasıdır. İlahi kim onu dost tutsa, sən də onu dost tut, kim düşmənçilik etsə, sən də onunla düşmən ol! Kim onu sevsə, sən də onu sev, kim ona nifrət etsə, sən də ona nifrət et, kim ona kömək etsə, sən də ona kömək et, kim onu xar etmək istəsə, sən də onu xar et!”

Bəzzar, Əl-Bəhr əz-zəxxar, (Musnəd əl-Bəzzar), c. 3, s. 35, h. 786, Məhfuzurrəhman Zeynullahın təhqiqi, Naşir: Muəssisə ulum əl-Quran, Məktəbə əl-ulum və əl-hikəm, Beyrut, Mədinə, 1-ci çap, 1409 h. q

 

Heysəmi bu rəvayəti nəql etdikdən sonra yazır:

 

رواه البزار ورجاله رجال الصحيح غير فطر بن خليفة وهو ثقة .

الهيثمي ، علي بن أبي بكر (متوفاي 807 هـ) ، مجمع الزوائد ومنبع الفوائد ، ج 9 ، ص 105 ، ناشر : دار الريان للتراث/‏دار الكتاب العربي - القاهرة ، بيروت – 1407هـ .

Bu rəvayəti Bəzzar nəql etmişdir. Fitr ibn Xəlifədən başqa bütün raviləri Buxarinin raviləridir. O da etimad olunan şəxsdir.

Heysəmi, Məcmə əz-zəvaid, c. 9, s. 105, Naşir, Dar ər-rəyyan, litturas, Dar əl-kitab əl-ərəbi, Qahirə, Beyrut, 1407 h. q

c) Təbərani Həbəşi ibn Cunadədən

حدثنا الْحُسَيْنُ بن إِسْحَاقَ التُّسْتَرِيُّ ثنا عَلِيُّ بن بَحْرٍ ثنا سَلَمَةُ بن الْفَضْلِ عن سَلْمَانَ بن قَرْمٍ الضَّبِّيِّ عن أبي إِسْحَاقَ الْهَمْدَانِيِّ قال سمعت حَبَشِيَّ بن جُنَادَةَ يقول سمعت رَسُولَ اللَّهِ صلى اللَّهُ عليه وسلم يقول يوم غَدِيرِ خُمٍّ اللَّهُمَّ من كنت مَوْلاهُ فَعَلَيٌّ مَوْلاهُ اللَّهُمَّ وَالِ من وَالاهُ وَعَادِ من عَادَاهُ وَانْصُرْ من نَصَرَهُ وأَعِنْ مُنْ أَعَانَهُ

الطبراني ، سليمان بن أحمد بن أيوب أبو القاسم (متوفاي360هـ) ، المعجم الكبير ، ج 4 ، ص 16 ، ح3514 ، تحقيق : حمدي بن عبدالمجيد السلفي ، ناشر : مكتبة الزهراء - الموصل ، الطبعة : الثانية ، 1404هـ – 1983م .

 

Hüseyn ibn İshaq Tustəri bizə danışdı və dedi: Əli ibn Bəhr bizə danışdı və dedi: Sələmə ibn Fəzl Salman ibn Qərm Zəbidən, o da Əbu İshaq Həmədaninin belə dediyini nəql edir: Həbəşi ibn Cunadədən belə dediyini eşitdim: Qədir Xumda Allah Rəsulunun (s) belə buyurduğunu eşitdim: “Mən kimin mövlasıyamsa, Əli (ə) də onun mövlasıdır. İlahi onu sevəni sev! Ona düşmən olana düşmən ol! Ona kömək edənə kömək et!”

Təbərani, Əl-Mucəm əl-kəbir, c. 4, s. 16, h. 3514, Həmdi ibn Əbdulməcid Sələfinin təhqiqi, Naşir: Məktəbə əz-Zəhra, Mosul, 2-ci çap, 1404 h. q

 

Heysəmi rəvayəti nəql etdikdən sonra yazır:

رواه الطبراني ورجاله وثقوا

الهيثمي ، أبو الحسن علي بن أبي بكر (متوفاي 807 هـ) ، مجمع الزوائد ومنبع الفوائد ، ج 9 ، ص 106 ، ناشر : دار الريان للتراث/‏ دار الكتاب العربي - القاهرة ، بيروت – 1407هـ .

 

Bu rəvayəti Təbərani nəql etmişdir. Bütün raviləri etimad olunan şəxslərdir.

Heysəmi, Məcmə əz-zəvaid, c. 9, s. 106, Naşir: Dar ər-rəyyan litturas, Dar əl-kitab əl-ərəbi, Qahirə, Beyrut, 1407 h. q