BMT mühacirlərlə bağlı hesabat hazırlayıb
Hesabatda bildirilir ki, 2010-cu ildən bəri dünyada mühacirlərin sayı 51 milyon nəfər çoxalaraq 272 milyon nəfərə çatıb.
Mühacirlərin dünya əhalisinin 3,5%-ni təşkil etdiyi vurğulanır. 2000-ci ildə bu göstərici 2,8% olub.
Hesabata əsasən, mühacirlərin ən çox üz tutduğu qitə Avropadır. 82 milyon insan Bu qitəyə üz tutur.
İkinci yerdə Şimali Amerika (59 milyon insan), üçüncü yerdə Qərbi Asiya (49 milyon insan) gəlir.
Mühacirlərin yarısından çoxu 10 ölkədə yaşayır. ABŞ-da 51 milyon, Almaniya və Səudiyyə Ərəbistanının hərəsində 13 milyon, Rusiyada 12 milyon, Böyük Britaniyada 10 milyon, Birləşmiş Ərəb Əmirliklərində 9 milyon, Fransa, Kanada və Avstraliyanın hərəsində 8 milyon, İtaliyada 6 milyon mühacir var.
Mühacirlərin 18 milyon nəfəri Hindistan vətəndaşıdır. Meksikalıların 12 milyon nəfəri, çinlilərin 11 milyon nəfəri, rusiyalıların 10 milyon nəfəri, suriyalıların 8 milyon nəfəri mühacirətdədir.
BMT mühacirlərlə bağlı hesabat yayıb
Oxşar xəbərlər