Dekabrın 27-də Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək. Seçki Məcəlləsinə görə, bələdiyyə seçkiləri kampaniyasının başlanmasını Mərkəzi Seçki Komissiyası təyin edir. Seçki Məcəlləsinin tələblərinə müvafiq olaraq azı 60 gün əvvəl bələdiyyələrə seçkilər təyin edilməlidir. Seçki kampaniyasına oktyabrın 28-də start veriləcəyi gözlənilir.
Bələdiyyə seçkiləri işğal altındakı rayonlara aid 7 seçki dairəsi istisna olmaqla, ümumilikdə 118 seçki dairəsini əhatə edəcək.
Mərkəzi Seçki Komissiyası seçici sayını dəqiqləşdirib və digər hazırlıq işlərini yekunlaşdırır.
Dəqiqləşdirmə prosesinin sonunda ölkə üzrə vahid seçicilər siyahısına 5212902 seçici daxil edilib ki, onların da 49,17 faizi kişi, 50,83 faizi isə qadınlardır.
2019-cu ildə bələdiyyə seçkilərinin keçirilməsi ilə bağlı dövlət büdcəsindən 53 milyon 900 min manat vəsaitin ayrılması nəzərdə tutulub. Ancaq, bu vəsait əsasən seçkilərin keçirilməsi üçün təşkilati-texniki məsələlərə xərclənməsi nəzərdə tutulur. Yəni namizədlərə və ya seçkilərdə partiya şəkilində iştirak edəcək partiyalara ayrılması üçün heç bir vəsait nəzərdə tutulmur.
Bələdiyyələrə seçkilərin qaydaları haqqında Qanunda bildirilir ki, Azərbaycan Respublikasında yerli özünüidarəni həyata keçirən bələdiyyələri Azərbaycan Respublikasının vətəndaşları bu Qanunla müəyyən edilmiş qaydada çoxmandatlı seçki əraziləri üzrə ümumi, bərabər, birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçirlər. Bələdiyyələrin səlahiyyət müddəti 5 ildir. Bələdiyyələrin səlahiyyətləri onların ilk iclas günü başlanır və yeni seçilən bələdiyyələrin birinci iclas günü başa çatır. Bələdiyyə üzvlərinin səlahiyyətləri yalnız bələdiyyələrin səlahiyyət müddətində qüvvədədir. 18 yaşı tamam olan və yaşı 18-dən yuxarı olan Azərbaycan vətəndaşlarının bələdiyyələrə üzv seçmək və seçilmək hüququ vardır.
İcra hakimiyyəti orqanlarında işləyən vəzifəli şəxslər, hakimlər, hüquq-mühafizə orqanlarının işçiləri, din xadimləri, hərbi qulluqçular bələdiyyə üzvü seçilə bilməzlər. İcra hakimiyyəti orqanlarında işləyən vəzifəli şəxslərin, hakimlərin, hüquq-mühafizə orqanlarının işçilərinin bələdiyyə üzvlüyünə namizədliyi qeydə alındıqdan sonra 3 gün ərzində onlar tutduqları vəzifədən azad olunmalı və bu barədə müvafiq sənədi ərazi seçki komissiyasına təqdim etməlidirlər. Bu qaydaya riayət olunmadıqda həmin şəxslərin qeydiyyatı ləğv edilir.
Məhkumluğun ödənilməsindən və ya götürülməsindən asılı olmayaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 7-1 maddəsində nəzərdə tutulan ağır cinayətlərə görə məhkum olunmuş şəxslər, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə azadlıqdan məhrumetmə yerlərində cəza çəkənlər bələdiyyə üzvü seçilə bilməzlər.
Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada fəaliyyət qabiliyyətsizliyi təsdiq edilmiş şəxslər bələdiyyələrə seçkilərdə iştirak edə bilməzlər.
Mərkəzi Seçki Komissiyası hazırlıq işlərini yekunlaşdırır - kimlər namizəd ola bilməz?

Oxşar xəbərlər