Daxili İşlər nazirinin birinci müavini vəzifəsinə təyinat olub. 
 
Bu barədə "Report.az" xəbər verib.
 
Xəbərə görə,  Prezident İlham Əliyevin sərəncamı ilə bu vəzifəyə polis general-mayoru Seyfulla Əzimov təyin edilib. 
 
S.Əzimov bu təyinatadək Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi vəzifəsində çalışıb. 
 
2019-cu il 20 iyun tarixinədək Daxili İşlər nazirinin birinci müavini postunu Vilayət Eyvazov tutub.  
 
DİN-in Mətbuat xidmətindən "Report"a faktı təsdiqləyiblər. 
Daxili İşlər nazirinin birinci müavini vəzifəsinə təyinat olub
Oxşar xəbərlər